Birinci vitse-prezident Mehriban Əliyeva: "Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində Vətən müharibəsində həlak olmuş
şəhidlərlə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Əziz qardaşlar və bacılar! Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak
olmuş şəhidlərin xatirəsini yad edirik. Azərbaycan xalqının igid oğulları Zəfər naminə,
Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq
nümunəsidir. Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə
kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş
valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə
tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu
Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını
yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt
unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara
tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca
Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!”.
Facebook-da paylaş