• Təqvim

  • Unutma

  • Maraq



Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir! Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”.




Facebook-da paylaş