Barat Vüsal: “44 günlük Vətən müharibəsində qalib olan ölkənin vətəndaşı kimi Şuşada olduğum 3 gün mənim üçün 3 əsrə bərabərdir”
Yola
saldığımız 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə və xalqımızın
yaddaşına qızıl hərflərlə yazıldı. 2020-ci ilin
27 sentyabrından başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan Vətən
müharibəsi hərb tariximizin zəfər salnaməsi kimi yaddaşlara əbədi həkk olundu. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində sentyabrın 27-dən
başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş
etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə
igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi
oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə
bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir
daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik
siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən
amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq
kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin elan
etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının
qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq
savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə
səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi,
birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli
Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün,
anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. 44 günlük Vətən
müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri,
igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə
bütün dünyaya bir daha sübut etdilər ki, Ali Baş Komandanın da söylədiyi kimi,
"Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”. Bu
gün hər kəs işğaldan azad olunmuş torpaqlarımızda yeni çəkilən yollara, inşa
olunan obyektlərə, bir sözlə, aparılan abadlıq-quruculuq işlərinə baxıb qürur
hissi keçirir. Qarabağa Böyük Qayıdışın sevincini yaşayır və buna görə Ali Baş
Komandana, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən
şəhidlərimizə minnətdardır. 8
noyabr 2020-ci il! Bu tarix də xalqımız üçün əziz və müqəddəsdir. Bu, o
tarixdir ki, həmin gün Qarabağın göz bəbəyi sayılan Şuşa işğaldan azad olundu.
Xalqımızın üzü güldü, könüllərini fərəh və sevinc hissi bürüdü. Və nə xoşbəxt
xalqıq ki, Şuşamızla bağlı fərəh, qürur, sevinc dolu anları bu gün də
yaşayırıq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu gün mötəbər tədbirlərə ev
sahibliyi edir. 2020-ci ilin 12-13 may tarixlərində "Xarıbülbül” musiqi
festivalını izləyib ürəyi dağa dönən xalqımız bu günlərdə daha bir yaddaqalan
tədbiri könül xoşluğu ilə izlədi. Avqustun
30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev
Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Bütün xalqımız üçün əlamətdar hadisə
olan bu poeziya bayramı qazaxlıların da ikiqat sevincinə səbəb oldu. Bütün dünyada Qərbin qapısı
kimi tanınan, sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacaran, tarixi şəxsiyyətləri,
Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə bütün aləmə,
yaxına, uzağa səs salan Qazax elinin ziyalıları, ictimaiyyət nümayəndələri uzun
illərin həsrətindən sonra Vaqif Poeziya Günlərinin yenidən təşkil olunmasını
sonsuz minnətdarlıq hissi ilə qarşıladılar.
Vaqif
Poeziya Günlərinin açılış tədbirlərində iştirak edən və canlı şahidi olan
ziyalımız Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət
xadimi, şair Barat Vüsal (Barat
Alı oğlu Alıyev) da həmin tədbirdə yaşanan xoş anları
qürurla xatırlayır. Bunu GOYEZEN.AZ internet portalına səmimi
ürək sözlərini bölüşən Barat Vüsalın söylədiyi fikirlərdən də
aydın şəkildə görmək olur. -
Avqustun 24-də Heydər Əliyev
Fondu tərəfindən mənə zəng edib bildirdilər ki, sizi Vaqif Poeziya Günlərinə
çağıracağıq. Dedim lap yaxşı olar,
nə vaxt çağırsanız mən hazır. Çünki illərdi arzusunda olduğum günün həyəcanını
yaşayırdım. Uzun ayrılıqdan sonra mədəniyyət paytaxtı Şuşanı görmək imkanım
olacaqdı. Növbəti zəng gələndə ki, Barat müəllim siz ayın 28-i Bakıda
olmalısınız, 29 avqustda səhər tezdən Şuşaya yola düşəcəyik. Bu zəng və
eşitdiyim həmin kəlmələr heç nə ilə əvəz edilə bilməz mənim üçün. Həsrət, hicran,
sevinc, fərəh, qürur dolu anların qarışığı olan o hissi sözlə ifadə etmək
mümkün deyil... Biz
Şuşaya gedəndə Zəfər yolu ilə getdik. Prezidentin çəkdirdiyi həmin yol yerlə
çəkilsə də mən elə bildim ki, sanki göylə getdik biz. Mən elə bildim ki, buludların
qucağında, meşələrin üzərindən kanat kimi çəkilən yollarla getdik. Mən o yolla
gedəndə bildim ki, Qələbə nə demək imiş. 44 günlük haqq savaşında əldə
etdiyimiz Qələbənin dadını, hansı çətinliklə qazanıldığını həmin yolla gedən
zaman daha yaxşı hiss etmək olurmuş. Şuşaya
çatan kimi ilk üz tutduğum məkan Gövhər ağa məscidi oldu. Çünki Şuşanı görmək
sevincini bəxş edən Allaha, doğma Şuşamızı bizə qaytaran Ali Baş Komandana,
canı, qanı bahasına bizi şuşalı edən şəhidlərimizə dua etmək mənim ən böyük
vəzifəm idi. Şuşada
olduğum müddətdə Cıdır düzündə olmaq, Natəvanın bulağından su içmək,
dahilərimizin büstlərini ziyarət etmək, bütün bunlar sanki uzun illərin
həsrətindən sonra doğmamıza qovuşmaq idi. Şuşadan Azərbaycanın hər bir yanı görünür.
Mən ordan baxıb Təbrizi də gördüm... Şuşada
olub şeir yazmamaq özü böyük günah olardı. Şuşadan aldığım ilhamla yazdığım
şeirin bir bəndi onu sübut edir ki, hər yana bütün yollar Şuşadan açılır. Bəli,
Şuşada olan hər kəs yaxşı bilir ki, buradan açılan yollar bizi İlhamlı sabaha,
parlaq gələcəyə aparır və bu yol əbədidir. Vaqif
Poeziya Günlərinin açılış tədbirini, həmin gün yaşanan xoş anları dilə gətirən şair
qeyd edir ki, sanki illər öncəyə, 1982-ci ilin 14 yanvarına qayıtdım. Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı
havada bu məqbərənin açılışı gözlərim önündə canlandı. Təkcə şair yox, eyni
zamanda, Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin şəxsiyyətinə, onun yaradıcılığına
verilən dəyər bir daha yaddaşımda təzələndi. Vaqifin məqbərəsinin yenidən bərpa
olunması, onun adını daşıyan poeziya gününün təşkil olunması və həmin tədbirə dəvət
olunmağımla qazaxlı ziyalılara olan ehtiramın bir daha şahidi oldum. Ata vəsiyyətini,
nəsihətini yerinə yetirərək Şuşanı bizlərə qaytaran, nə az, nə çox, düz 39 il
sonra Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa etdirən, poeziya günlərini
bizlərə bəxş edən Ali Baş Komandana, Prezidentimə özümü borclu və minnətdar
hiss etdim. Ulu Öndərin söylədiyi "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan
yoxdur” fikrini Şuşada olan zaman daha yaxşı anladım və Ali Baş Komandanın ata
vəsiyyətini illər ötsə belə mərdliklə, qətiyyətlə yerinə yetirməsini ziyalı
kimi, ölkə vətəndaşı olaraq alqışladım. Ölkə
Prezidenti İlham Əliyevlə səmimi söhbətini qürur hissi ilə çatdıran şair Qazaxda
olan görüşlərlə Şuşada olan görüşün fərqləndiyini, budəfəki görüşün yaddaşına dərin
izlərlə həkk olunduğunu qeyd edir. Qalib ölkənin qalib sərkərdəsi ilə olan
görüşü təkcə ziyalı kimi deyil, ölkə vətəndaşı olaraq ən ülvi hisslərlə uzun
illər xatırlayacağını söyləyir. "Şuşada olmaq, orada ölkə Prezidenti ilə olan
görüşüm sanki uca Yaradanın mənə ən böyük hədiyyəsi, töhfəsi idi. Qazaxlı
ziyalılara verdiyi dəyərə, qiymətə görə ölkə rəhbərimə minnətdarlıq etmək şansım
idi”, - deyən şair öz ürək sözlərini bir bənd şeirlə çatdırdığını bildirir. Kişi-kişiliyi yaşadar canda, Torpaqlarımızı
30 illik həsrətdən sonra öz doğma sahibinə qaytaran Ali Baş Komandan İlham
Əliyevə, canını xalq, millət, Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlığını
itirən qazilərimizə minnətdarlığını bildirən şair ömür boyu onlara borclu
olduğumuzu qeyd edir. Vaqif Poeziya Günlərini yenidən Azərbaycan xalqına bəxş
edən Heydər Əliyev Fonduna
və şəxsən Fondun rəhbəri Mehriban Əliyevaya qazaxlı ziyalılar adından
təşəkkürünü çatdıran şair Şuşada olduğu günləri ömrünün sonuna kimi
unutmayacağını söyləyir. "44 günlük Vətən müharibəsində qalib olan ölkənin vətəndaşı kimi Şuşada
olduğum 3 gün mənim üçün 3 əsrə bərabərdir”, - deyən şair Barat Vüsal həmin
günləri ömrünə yazılan ən xoşbəxt günlər kimi qiymətləndirir. Şuşadan
xoş təəssüratlarla qayıdan şair Barat Vüsal Ali Baş Komandanın da söylədiyi
kimi, Şuşanın yenidən cənnətə çevriləcəyi günün
uzaqda olmadığını, Şuşanı alan oğullarımız var olduğu müddətcə Şuşanın da var olacağını
qürur hissi ilə bir daha çatdırır. Və ürək sözlərini "Şuşanı alan
oğullar!” şeiri ilə belə tamamlayır: Gözlərimdə Koroğludur, Atillatək qırmancdılar, Əzizdi Torpaqdan ötrü, Çaxıb şişməyə döndülər, Qüvvət alıb
nərəsindən, Mizan yox, bu
Mizan təki, Bu Vətənə
qulluq edin,
Şükür
yurd oğlu, gedirik,
Çox
dürüst, doğru gedirik.
Günəşə
doğru gedirik,
Şuşadan
yola çıxmışıq!
Tarixdə kişilər qəhrəman
olur.
Ocağın başında kişi
duranda,
Torpağı qorumaq çox asan
olur!
Mustafa bəy, Kürdoğludur.
Bu Vətənin bir oğludur,
Qələbə çalan oğullar,
Şuşanı alan oğullar!
Qayalara dırmaşdılar.
Sıldırımdan yol açdılar,
Qardaşım, balam oğullar,
Şuşanı alan oğullar!
Doğma od-ocaqdan ötrü.
Şuşanı almaqdan ötrü,
Anadan olan oğullar,
Şuşanı alan oğullar!
Çıxıb çiçəyə döndülər,
Axır Şuşaya döndülər,
Ölməyib... ölən oğullar,
Şuşanı alan oğullar!
Gah Daşaltı dərəsindən,
Gah Kirs dağın zirvəsindən,
Deyirəm: salam, oğullar,
Şuşanı alan oğullar!
Ehsan yox, bu Ehsan təki,
Ay özləri Əzan çəkib,
Namazı qılan oğullar,
Şuşanı alan oğullar!
Yurdu oba-elli edin.
Haqqınızdı, "Yallı" gedin,
"Cıdır düzü"ndə o ki, var,
Şuşanı alan oğullar!
Facebook-da paylaş