Əsas Səhifə > Manşet / Ədəbiyyat > Barat Vüsal: “44 günlük Vətən müharibəsində qalib olan ölkənin vətəndaşı kimi Şuşada olduğum 3 gün mənim üçün 3 əsrə bərabərdir”
Barat Vüsal: “44 günlük Vətən müharibəsində qalib olan ölkənin vətəndaşı kimi Şuşada olduğum 3 gün mənim üçün 3 əsrə bərabərdir”3-09-2021, 21:35 |
Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 2020-ci ilin 27 sentyabrından başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan Vətən müharibəsi hərb tariximizin zəfər salnaməsi kimi yaddaşlara əbədi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya bir daha sübut etdilər ki, Ali Baş Komandanın da söylədiyi kimi, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”. Bu gün hər kəs işğaldan azad olunmuş torpaqlarımızda yeni çəkilən yollara, inşa olunan obyektlərə, bir sözlə, aparılan abadlıq-quruculuq işlərinə baxıb qürur hissi keçirir. Qarabağa Böyük Qayıdışın sevincini yaşayır və buna görə Ali Baş Komandana, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə minnətdardır. 8 noyabr 2020-ci il! Bu tarix də xalqımız üçün əziz və müqəddəsdir. Bu, o tarixdir ki, həmin gün Qarabağın göz bəbəyi sayılan Şuşa işğaldan azad olundu. Xalqımızın üzü güldü, könüllərini fərəh və sevinc hissi bürüdü. Və nə xoşbəxt xalqıq ki, Şuşamızla bağlı fərəh, qürur, sevinc dolu anları bu gün də yaşayırıq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu gün mötəbər tədbirlərə ev sahibliyi edir. 2020-ci ilin 12-13 may tarixlərində "Xarıbülbül” musiqi festivalını izləyib ürəyi dağa dönən xalqımız bu günlərdə daha bir yaddaqalan tədbiri könül xoşluğu ilə izlədi. Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Bütün xalqımız üçün əlamətdar hadisə olan bu poeziya bayramı qazaxlıların da ikiqat sevincinə səbəb oldu. Bütün dünyada Qərbin qapısı kimi tanınan, sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacaran, tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə bütün aləmə, yaxına, uzağa səs salan Qazax elinin ziyalıları, ictimaiyyət nümayəndələri uzun illərin həsrətindən sonra Vaqif Poeziya Günlərinin yenidən təşkil olunmasını sonsuz minnətdarlıq hissi ilə qarşıladılar.
Vaqif Poeziya Günlərinin açılış tədbirlərində iştirak edən və canlı şahidi olan ziyalımız Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal (Barat Alı oğlu Alıyev) da həmin tədbirdə yaşanan xoş anları qürurla xatırlayır. Bunu GOYEZEN.AZ internet portalına səmimi ürək sözlərini bölüşən Barat Vüsalın söylədiyi fikirlərdən də aydın şəkildə görmək olur. - Avqustun 24-də Heydər Əliyev Fondu tərəfindən mənə zəng edib bildirdilər ki, sizi Vaqif Poeziya Günlərinə çağıracağıq. Dedim lap yaxşı olar, nə vaxt çağırsanız mən hazır. Çünki illərdi arzusunda olduğum günün həyəcanını yaşayırdım. Uzun ayrılıqdan sonra mədəniyyət paytaxtı Şuşanı görmək imkanım olacaqdı. Növbəti zəng gələndə ki, Barat müəllim siz ayın 28-i Bakıda olmalısınız, 29 avqustda səhər tezdən Şuşaya yola düşəcəyik. Bu zəng və eşitdiyim həmin kəlmələr heç nə ilə əvəz edilə bilməz mənim üçün. Həsrət, hicran, sevinc, fərəh, qürur dolu anların qarışığı olan o hissi sözlə ifadə etmək mümkün deyil... Biz Şuşaya gedəndə Zəfər yolu ilə getdik. Prezidentin çəkdirdiyi həmin yol yerlə çəkilsə də mən elə bildim ki, sanki göylə getdik biz. Mən elə bildim ki, buludların qucağında, meşələrin üzərindən kanat kimi çəkilən yollarla getdik. Mən o yolla gedəndə bildim ki, Qələbə nə demək imiş. 44 günlük haqq savaşında əldə etdiyimiz Qələbənin dadını, hansı çətinliklə qazanıldığını həmin yolla gedən zaman daha yaxşı hiss etmək olurmuş. Şuşaya çatan kimi ilk üz tutduğum məkan Gövhər ağa məscidi oldu. Çünki Şuşanı görmək sevincini bəxş edən Allaha, doğma Şuşamızı bizə qaytaran Ali Baş Komandana, canı, qanı bahasına bizi şuşalı edən şəhidlərimizə dua etmək mənim ən böyük vəzifəm idi.
Şuşada olduğum müddətdə Cıdır düzündə olmaq, Natəvanın bulağından su içmək, dahilərimizin büstlərini ziyarət etmək, bütün bunlar sanki uzun illərin həsrətindən sonra doğmamıza qovuşmaq idi. Şuşadan Azərbaycanın hər bir yanı görünür. Mən ordan baxıb Təbrizi də gördüm... Şuşada olub şeir yazmamaq özü böyük günah olardı. Şuşadan aldığım ilhamla yazdığım şeirin bir bəndi onu sübut edir ki, hər yana bütün yollar Şuşadan açılır. Şükür
yurd oğlu, gedirik,
|