Qazaxda daha üç Vətən müharibəsi şəhidinin təltif olunduqları orden və medallar ailə üzvlərinə təqdim olunub
Ötən
ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb
tarixinin ən şanlı səhifəsi kimi əbədi olaraq yaddaşımıza yazıldı. 44 günlük
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi
torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün hər
bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham
Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən
uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə
minnətdardır. İyunun 25-də 26 İyun - Silahlı Qüvvələr Günü
münasibətilə Vətən müharibəsi şəhidlərinin, iştirakçılarının, o cümlədən Tovuz
döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan
oğlunun təltif olunduqları orden və
medalların bir qismi onların ailə üzvlərinə, övladlarına və özlərinə təqdim
olundu. Bu
gün isə daha üç Vətən müharibəsi şəhidinin – Birinci Şıxlı kənd sakini,baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, Ürkməzli kənd sakini, gizir Nağıyev Anar Sahib
oğlunun təltif
olunduqları "Qarabağ” ordeni, Xanlıqlar kənd sakini, çavuş Əliyev Timur Nurəddin oğlunun təltif olunduğu "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə” medalları ailə üzvlərinə təqdim edilib. Qazax Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Məmməd Alıyev, RİH
başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi
kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli,Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov və rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri hər üç şəhidimizin evində olub, ailə üzvləri ilə
görüşüb, orden və medalları sahiblərinə çatdırıblar. Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevvə başqaları xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş
Komandan və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və
zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini
vurğulayıblar. 44 günlük savaşda əldə etdiyimiz
şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna,
şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd ediblər. Dövlətimiz,
ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda
sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən
şəhidlərimizin ailələrinin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını
vurğulayıblar. Şəhid baş
leytenant Nəbi Hüseynovun atası Hacıbala Hüseynov, şəhid gizir Anar
Nağıyevin anası Məlahət Nağıyeva, şəhid çavuş Timur Əliyevin atası Nurəddin
Əliyev övladları ilə fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının
təltif olunduqları orden və medalları qəbul etməyin qürurverici olduğunu qeyd
ediblər. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan
qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin
adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü söyləyiblər. Şəhid ailələri
kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq
ediblər. Məlumat
üçün qeyd edək ki, bu günə kimi Vətən müharibəsində şəhid olmuş 50 nəfər hərbi
qulluqçudan 49 nəfəri 177 orden və medallarla təltif olunub. "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Şuşanın
azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin
azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid
gizir Nağıyev Anar Sahib oğlunun ailəsi "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid
çavuş Əliyev Timur Nurəddin oğlunun ailəsi GOYEZEN.AZ
"Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad
olunmasına görə" medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd
sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun ailəsi
Facebook-da paylaş