• Təqvim

  • Unutma

  • Maraq



Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə "Dünənin və bu günün qəhrəmanları” adlı görüş keçirilib


İyunun 25-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə "Dünənin və bu günün qəhrəmanları” adlı görüş keçirilib.

Görüşdə "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan baş leytenant Namiq Alıyev, Vətən müharibəsi qazisi mayor Xəyyam Əliyev və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının ədəbi məsləhətçisi, Birinci Qarabağ müharibəsi veteranı Mustafa Rasimoğlu iştirak ediblər.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qonaqlar 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən və ordumuzun şücaətindən bəhs ediblər.

 

Görüşdə bildirilib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmaqla bütündünyaya güclü ordu olduğunu bəyan etdi.

Çıxış edənlər bu il hərbçilərimizin 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününü tam fərqli duyğularla, qalib ordunun əsgər və zabitləri olaraq böyük qürur və fəxarətlə qeyd etdiklərini vurğulayıblar.

Bildiriblər ki, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Ordumuzun şücaəti, qəhrəmanlığı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirməklə yanaşı, vaxtilə itirilmiş qürurumuzun 44 günlük Vətən müharibəsində Zəfərimizlə bərpasından sonra başı uca, alnı açıqdır. Bu şanlı Qələbənin əsas qəhrəmanı da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur.

Görüşdə bizləri tarixi Qələbə ilə sevindirən şanlı Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandana, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə sonsuz minnətdarlıq ifadə olunub. Azərbaycan xalqı var olduqca şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını söyləyiblər




 

GOYEZEN.AZ



Facebook-da paylaş