• Təqvim

  • Maraq



Bala Cəfərli kəndinin sakinləri onlara göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edirlər


İradə Mehtiyeva və başqalarından, 

Əziz və hörmətli Prezidentimiz.

Biz, Qazax rayonunun Bala Cəfərli kəndinin sakinləri Sizə minnətdarlığımızı bildiririk. Vətən müharibəsində qazandığımız şanlı Zəfər bizi çox sevindirdi və qürurlandırdı. Bu gün biz düşmənlə sərhəddə çəkinmədən, qorxmadan yaşayırıq.

Cənab Prezident, Siz respublikamızın bütün bölgələrinin inkişafını diqqət mərkəzində saxlayır, vətəndaşlarımızın problemlərinin həllinə həssaslıqla yanaşırsınız. Bizim kəndimizdə heç vaxt internet olmayıb. Bu yaxınlarda avadanlıq quraşdırıldı və Bala Cəfərliyə də internet xətti çəkildi. Bizi sevindirdiyinizə görə Sizə bir daha təşəkkür edirik.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Mehtiyeva İradə Hacıbağı qızı

Əliyev İsgəndər Astan oğlu

Rəhimov Maqsud Fəxrəddin oğlu

Quluyeva Xəyalə Yusif qızı

Məmmədova Əzizə Əziz qızı və başqaları (23 nəfər)

Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi.



Facebook-da paylaş