• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib


10 may - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə aksiyası keçirilib.

Ulu Öndərin doğum gününə həsr olunmuş aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və gənclər də iştirak ediblər.

Pandemiya dövrünün qaydalarına uyğun olaraq təşkil olunmuş aksiya çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Çaylı, Orta Salahlı, Yuxarı Salahlı Birinci Şıxlı kəndləri ərazisindən keçən hissələrində ümumilikdə 500 ədəd şam ağacı əkilib.

 

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi işində ictimai nəzarətin gücləndirilməsi və yaşıllıqların qorunması milli inkişaf strategiyasının prioritet sahələrindən birinə çevrilib.

Ulu Öndərin əbədi xatirəsinə həsr olunmuş bu aksiya çərçivəsində əkilən ağaclar da ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin təbliği baxımından əhəmiyyət daşıyır.







 

GOYEZEN.AZ



Facebook-da paylaş