Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar Qazaxda ağacəkmə kampaniyası keçirilib

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kampaniyada iştirak edərək ağac əkib. 
Ağaclar Bakı-Qazax magistral yolunun Qazax rayonu ərazisindən keçən hissəsinə əkilib. Yolun kənarlarına 3750 ədəd şam, çinar, gilas, nar, qovaq ştilləri basdırılıb.
Həmçinin ərazidə təmizlik-abadlıq işləri aparıb, sahə alaq otlarından, daşlardan təmizlənib, yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə isə aqrotexniki qulluq göstərilib.
İməcilikdə 1200 nəfərdən çox rayon sakini iştirak edib.



Facebook-da paylaş















