Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri və millət vəkili Ülviyyə Ağayevanın köməkçisi Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər
Cənab Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44
gündən sonra Azərbaycan böyük tarixi Zəfərə, Qələbəyə nail oldu. Qarabağ adlı
haqq savaşında haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin
yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa
olundu. Şanlı
Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə
imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin
azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu gün hər kəs fəxrlə söylədiyimiz, qürurlandığımız o
tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və
hərbçilərimizə borcludur. İllər ötsə də bizlərə 44 günlük Vətən müharibəsində hər
gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı
Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir
ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə
yazdıran igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə
daim diqqət ayırmaq, qayğıları ilə maraqlanmaq hər birimizin borcu olmalıdır. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar
Quluyeva, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və Milli Məclisin deputatı
Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva Xanlıqlar kəndində
olub, Vətən müharibəsinin şəhidi əsgər Qurbanov Elçin Məcid
oğlunun ailəsini ziyarət edib,
qayğıları ilə maraqlanıblar.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın səmimi ürək sözlərini çatdırıblar. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla
yad ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi
diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildiriblər. Bugünkü ziyarətin
də həmin diqqət və qayğının davamı olduğunu, məhz bu amala xidmət etdiyini qeyd
ediblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin
hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər. Şəhid atası Məcid Qurbanov onlara göstərilən diqqətə,
qayğıya, səmimi münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova və
Milli Məclisin deputatı Ülviyyə Ağayevaya təşəkkürünü çatdırıb. Dövlətin
qayğısını hər zaman hiss etdiklərini vurğulayıb. Bugünkü ziyarəti də dövlətin və
ölkə rəhbərinin növbəti qayğısı kimi qiymətləndirib. Şəhid əsgər Qurbanov Elçin Məcid oğlu Şəhid
Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan
olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin
1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.
2020-ci ilin yanvar ayında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid
Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları
istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun
Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İgid
Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham
Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən
sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın
bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin
ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq
isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bizlər
də Elçin Qurbanovun timsalında bütün şəhidlərimizi dərin ehtiramla yad edir,
ruhları qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.
GOYEZEN.AZ
Facebook-da paylaş