Qazaxda mədəniyyət işçiləri Vətən müharibəsi şəhidlərinin və yaralılarının ailələrini ziyarət ediblər
Tarixi
qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı yola saldığımız
2020-ci ili böyük Qələbə və Zəfərlə başa vurdu. Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa
vuraraq hərb tariximizə yeni şərəfli səhifə yazdı. Bu möhtəşəm Qələbə Prezident
İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini
və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. İkinci
Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi
uğrunda gedən döyüşlər zamanı canlarından keçən şəhidlərimizin, yaralanan
əsgərlərimizin, zabitlərimizin, hərbçilərimizin ailələrinə dövlətimiz və ölkə
Prezidenti tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Ölkə başçısı
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin,
yaralılarımızın ailələrinə göstərdikləri dövlət qayğısı bu gün hər birimiz üçün
örnək sayılır. Qazaxda
da Vətən uğrunda canlarından keçən şəhidlərimizin, döyüşlərdə yaralanan qazilərimizin
ailələri daim diqqət mərkəzində saxlanılır, onların problemləri, qayğıları ilə
maraqlanılır. Ölkə
başçısının və rayon rəhbərliyinin şəhidlərimizin, yaralılarımızın ailələrinə
olan qayğılarını əldə rəhbər tutan Azərbaycan
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi də bu təbəqədən
olan insanları diqqətdən kənarda qoymayıb. MİHİ
Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri tərəfindən Vətən
müharibəsi şəhidlərinin və yaralılarının ailələri ziyarət edilib.
Şəhidlərimizin qəbirləri üstünə tər qərənfillər düzülərək əziz xatirələri dərin
ehtiramla yad olunub. Vətən müharibəsi şəhidlərindən Qazax şəhər sakini, şəhid gizir Sərxan Abdullayevin, Ağköynək kənd sakini, şəhid əsgər Elməddin
Nəsibovun, Xanlıqlar kənd sakinləri, şəhid çavuş Timur Əliyevin, şəhid leytenant Qismət Həməşəyevin, şəhid əsgər
Elçin Qurbanovun, Qarapapaq
kənd sakini, şəhid baş leytenant Xaliddin Nəsibovun, yaralılarımızdan Bağanıs Ayrım kənd sakinləri əsgər Elfaq vəCavid Musayevlərin, Ürkməzli
kənd sakini, gizir Oruc Qasımovun, Xanlıqlar kənd sakini, baş gizir Məhəmməd Rzayevin,Daş Salahlı kənd sakinləri
əsgər Səxavət və Surət Hacıməmmədovların ailələri ziyarət olunub, şəhidlərimizin
və yaralılarımızın döyüş yoluna bir daha nəzər salınıb. Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax
şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Qazax
şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax rayon Mədəniyyət Mərkəzinin, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Tarix Diyarşünaslıq
Muzeyinin əməkdaşlarının iştirakı ilə baş tutan
görüşlərdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən,
əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. Ermənistan silahlı
birləşmələri üzərində qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan
İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub.
Şəhidlərimizə və qazilərimizə borclu olduğumuz diqqətə çatdırılıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğının hər birimiz üçün
örnək olduğu bildirilib. Bu ziyarətlərin də həmin diqqət və qayğının davamı
olduğu qeyd edilib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün
şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağı, onların daim qəlblərdə
əbədi yaşayacaqları vurğulanıb. Şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya,
səmimi münasibətə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar. Dövlətin qayğısını hər zaman
hiss etdiklərini söyləyiblər. Edilən ziyarətləri dövlətin və ölkə rəhbərinin
növbəti qayğısı kimi qiymətləndiriblər. "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə” və"Füzulinin azad olunmasına görə” medalları
ilə təltif olunmuş Ağköynək kənd sakini, şəhid əsgər Nəsibov Elməddin Yusif oğlunun ailəsi
"Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qarapapaq kənd sakini, şəhid
baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun ailəsi "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid
çavuş Əliyev Timur Nurəddin oğlunun
ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid
leytenant Həməşəyev Qismət Oruc oğlunun ailəsi
"Cəsur
döyüşçü” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Bağanıs Ayrım kənd
sakini, əsgər Musayev Elfaq Saqif oğlunun ailəsi
"Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bağanıs Ayrım kənd
sakini, əsgər Musayev Cavid Saqif oğlunun ailəsi "Şuşanın azad olunmasına görə” və "Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif
olunmuş Ürkməzli kənd sakini, gizir Qasımov Oruc Əlövsət oğlunun ailəsi
GOYEZEN.AZ
"Vətən
uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid
oğlunun ailəsi
"Cəbrayılın
azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd
sakini, əsgər Hacıməmmədov Səxavət Cəlil oğlunun ailəsi
Daş
Salahlı kənd sakini, əsgər Hacıməmmədov Surət Cəlil oğlunun ailəsi
"Cəbrayılın
azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları
ilə təltif olunmuş Xanlıqlar kənd sakini, baş gizir Rzayev Məhəmməd Zərmayıl
oğlunun ailəsi
Facebook-da paylaş