Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda mədəniyyət işçiləri Vətən müharibəsi şəhidlərinin və yaralılarının ailələrini ziyarət ediblər

Qazaxda mədəniyyət işçiləri Vətən müharibəsi şəhidlərinin və yaralılarının ailələrini ziyarət ediblər


21-01-2021, 19:03


Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı yola saldığımız 2020-ci ili böyük Qələbə və Zəfərlə başa vurdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq hərb tariximizə yeni şərəfli səhifə yazdı. Bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlər zamanı canlarından keçən şəhidlərimizin, yaralanan əsgərlərimizin, zabitlərimizin, hərbçilərimizin ailələrinə dövlətimiz və ölkə Prezidenti tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, yaralılarımızın ailələrinə göstərdikləri dövlət qayğısı bu gün hər birimiz üçün örnək sayılır.

Qazaxda da Vətən uğrunda canlarından keçən şəhidlərimizin, döyüşlərdə yaralanan qazilərimizin ailələri daim diqqət mərkəzində saxlanılır, onların problemləri, qayğıları ilə maraqlanılır.

Ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizin, yaralılarımızın ailələrinə olan qayğılarını əldə rəhbər tutan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi də bu təbəqədən olan insanları diqqətdən kənarda qoymayıb.

MİHİ Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri tərəfindən Vətən müharibəsi şəhidlərinin və yaralılarının ailələri ziyarət edilib. Şəhidlərimizin qəbirləri üstünə tər qərənfillər düzülərək əziz xatirələri dərin ehtiramla yad olunub.

Vətən müharibəsi şəhidlərindən Qazax şəhər sakini, şəhid gizir Sərxan Abdullayevin, Ağköynək kənd sakini, şəhid əsgər Elməddin Nəsibovun, Xanlıqlar kənd sakinləri, şəhid çavuş Timur Əliyevin, şəhid leytenant Qismət Həməşəyevin, şəhid əsgər Elçin Qurbanovun, Qarapapaq kənd sakini, şəhid baş leytenant Xaliddin Nəsibovun, yaralılarımızdan Bağanıs Ayrım kənd sakinləri əsgər Elfaq Cavid Musayevlərin, Ürkməzli kənd sakini, gizir Oruc Qasımovun, Xanlıqlar kənd sakini, baş gizir Məhəmməd Rzayevin,Daş Salahlı kənd sakinləri əsgər Səxavət Surət Hacıməmmədovların ailələri ziyarət olunub, şəhidlərimizin və yaralılarımızın döyüş yoluna bir daha nəzər salınıb.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax rayon Mədəniyyət Mərkəzinin, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşlarının iştirakı ilə baş tutan görüşlərdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. Ermənistan silahlı birləşmələri üzərində qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub. Şəhidlərimizə və qazilərimizə borclu olduğumuz diqqətə çatdırılıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğu bildirilib. Bu ziyarətlərin də həmin diqqət və qayğının davamı olduğu qeyd edilib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağı, onların daim qəlblərdə əbədi yaşayacaqları vurğulanıb.

Şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya, səmimi münasibətə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar. Dövlətin qayğısını hər zaman hiss etdiklərini söyləyiblər. Edilən ziyarətləri dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi qiymətləndiriblər.

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağköynək kənd sakini, şəhid əsgər Nəsibov Elməddin Yusif oğlunun ailəsi







"Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun ailəsi

 

"Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi


 "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”  "Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun ailəsi



 

 "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun ailəsi



 

"Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun ailəsi



  "Cəsur döyüşçü” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Bağanıs Ayrım kənd sakini, əsgər Musayev Elfaq Saqif oğlunun ailəsi


 "Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bağanıs Ayrım kənd sakini, əsgər Musayev Cavid Saqif oğlunun ailəsi



"Şuşanın azad olunmasına görə” "Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, gizir Qasımov Oruc Əlövsət oğlunun ailəsi

 

"Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”"Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd sakini, əsgər Hacıməmmədov Səxavət Cəlil oğlunun ailəsi


Daş Salahlı kənd sakini, əsgər Hacıməmmədov Surət Cəlil oğlunun ailəsi


"Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, baş gizir Rzayev Məhəmməd Zərmayıl oğlunun ailəsi




GOYEZEN.AZ


Geri qayıt