Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”
Xəbər verdiyimiz kimi, yanvarın 11-də
Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da
Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının
gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın
qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. 10 noyabr üçtərəfli Bəyanatının videoformat şəklində
imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu
nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın
hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban
qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Rusiya tərəfi üçtərəfli razılaşmalara əməl
olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib. Görüşün yekunu olaraq bölgədəki vəziyyətin
inkişafına dair birgə Bəyanat imzalanıb. Tərəflər 10 noyabr Bəyanatının regiondakı
bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu
bəndinin həyata keçirilməsinə dair üçtərəfli
İşçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir
müavinlərinin rəhbərlik edəcəyi İşçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək,
fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən
təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların
icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. İmzalanan Bəyanatdan da görünür ki, görüş Azərbaycanın
maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi
diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə
getmək niyyəti yoxdur. Prezidentin görüşdən sonra verdiyi Bəyanatda
səsləndirdiyi əsas müddəlar: <!--
[if !supportLists]
-->· <!--
[endif]
-->Kommunikasiyaların
bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin
maraqlarına cavab verir; <!--
[if !supportLists]
-->· <!--
[endif]
-->Beynəlxalq
kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm
də etibarlı təhlükəsizliyə xidmət edəcək; <!--
[if !supportLists]
-->· <!--
[endif]
-->Dağlıq
Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır. Prezident İlham Əliyev: "Regionun bundan
sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi”. Prezident İlham Əliyev: "Biz nəticə əldə etmək,
sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik”. Prezident İlham Əliyev: "Qonşu ölkələr də
regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin
yaradılmasına fəal qoşulacaqlar”. Prezident İlham Əliyev: "Dağlıq Qarabağ
münaqişəsi keçmişdə qalıb”.
Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə
nail olub. Ortaq Bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə
bağlı üçtərəfli İşçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri
qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli
sürdüyü və yeni Bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi
möhkəmlətməyə xidmət edir. Bu, faktiki olaraq "Mehri dəhlizi” -
Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması
deməkdir. Açılacaq kommunikasiya xətləri "Şərq-Qərb” nəqliyyat
dəhlizinin tərkib hissəi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar
Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri
güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq. Prezident açılacaq kommunikasiya xətlərinin
region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli
əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu. Xüsusi qeyd etmək gərəkdir ki, Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır,
Paşinyanı görüşə gəlməməyə çağırırdı. Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva
danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları
pozmaq istəyirdi. Erməni
diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu
məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılmış, görüşün
Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi. Paşinyan
administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün
qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş
erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı. Lakin bu cəhdlər
heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük
qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Azərbaycan hərb
meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam
etdirir. Paşinyanın iddiaları fonunda Moskva görüşünü
Ermənistan üçün növbəti fiasko saymaq olar. O, mətbuata açıqlamasında erməni
diversantlarını-terrorçularını azad etmək mümkün
olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib. İkinci Qarabağ müharibəsinədək 30 il ərzində
aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ
problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan
özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur. Danışıqların gedişində və mətbuat konfransı
zamanı Azərbaycan Prezidenti özünü qalib dövlətin rəhbəri kimi aparır, "bədən
dili” ilə də qalibiyyət mesajları verirdi. Paşinyan isə öz məğlub ampluasında, gərgin
psixoloji vəziyyətdə idi. Azərbaycanın radikal müxalifətinin görüş ətrafında
qaldırdığı ajiotaj da diqqət çəkdi. Paşinyan da Minsk qrupu formatının bərpasına
çalışır, Azərbaycan müxalifəti də. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana
yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Halbuki rus mediası Azərbaycan tərəfinin öz
milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna
zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi. Görüşün yekunları bir qrup antimilli
elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir
daha ortaya qoydu. GOYEZEN.AZ
Facebook-da paylaş