İcra başçısı şəhid anasının müraciətilə yerində tanış oldu və müvafiq tapşırıqlar verdi
Azərbaycanın
44 gün davam edən Vətən müharibəsi! Haqq səsimizi dünyaya çatdıran haqq
savaşımız! Bu, o müharibədir ki, Azərbaycan dövləti 44 günlük savaşda tarixi
ədaləti bərpa etdi. Azərbaycan İkinci Qarabağ müharibəsində
Qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı-qanı bahasına mənfur
düşmənin "məğlubedilməz erməni ordusu” mifini 44 günə dağıtdı, yerlə-yeksan
etdi. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti
və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi,
xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Və bu müharibə hərb tariximizə Azərbaycanın şanlı Qələbəsi
kimi yazıldı. Bu gün bizlər də vətəndaş olaraq Vətən
uğrunda canını fəda edən, sağlamlığını itirən əsgər və zabitlərimizi, hərbçilərimizi,
qanları ilə dastan yazan şəhidlərimizi tanımalı və tanıtmalıyıq. Onlarla hər zaman qürur duymalıyıq. Diqqət və
qayğımızı əsirgəməməliyik. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin
xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi fəaliyyətinin
əsas hissəsi hesab edir. Bu amili əldə rəhbər tutan icra başçısı bu gün də öz
ənənəsini davam etdirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid
olmuş çavuş Əliyev Timur Nurəddin oğlunun anasının müraciətinə yerində
baxıb. Şəhid anası Selyan
Əliyevanın istəyinə əsasən Xanlıqlar kəndində olub,
onun məhlələrindəki su məsələsi ilə bağlı müraciətini dinləyib. Şəhid anasının
və kənd sakinlərinin müraciətini diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələnin
həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. "Hər bir şəhid ailəsi mənim
üçün doğmadır, əzizdir. Onlara qayğı göstərmək hər birimizin borcudur”, - deyən
icra başçısı şəhid ailələrinə olan səmimi münasibətin, göstərilən diqqətin
bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. Ölkə Prezidenti tərəfindən
şəhidlərimizə, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, onların ailə
üzvlərinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri həmin qayğının
hər birimiz üçün örnək və nümunə olduğunu vurğulayıb.
Məlumat üçün qeyd edək ki, şəhid çavuş Əliyev Timur Nurəddin oğlu 29
may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur.
1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində I sinfə daxil olmuş,
1998-ci ildə həmin şəhərdə VIII sinfi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə
Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə
XI sinfi bitirmişdir. 2002-ci ildə Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək
2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən "N” saylı hərbi hissədə müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi
xidmətə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. 13 oktyabr 2020-ci il
tarixdə torpaqlarımızın azadlığı uğrunda Füzuli rayonu istiqamətində gedən
döyüşlərdə şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Şəhidimiz ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız
övladı yadigar qalıb. Şəhid Timur Əliyev cənab Prezident İlham Əliyevin 15
dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda” və 18 dekabr 2020-ci
il tarixli Sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş