Dünya Bankı: “Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir”
"Doing Business 2020” hesabatında Azərbaycanın
mövqeyi yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlib Dünya Bankı
Qrupunun mühüm nəşrlərindən hesab edilən "Doing Business” hesabatında qeydə
alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən
aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində
Azərbaycanın "Doing Business 2020” hesabatında mövqeyi 6 pillə
yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın "Ən islahatçı on ölkəsi” sırasına
daxil olmuşdur. Xatırladaq ki, 27
avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press- relizdə
bildirilmişdir ki, bir sıra üzv ölkələrin "Doing Business” hesabatındakı məlumatlarının
Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu
uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma
aparılacağı qeyd edilmişdir. Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində qeyd edilir
ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019
və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin
reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir
daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar
yenilənmişdir. Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış
islahatların ("elektrik təchizatı şəbəkələrinə qoşulma”, "müqavilələrin
icrası”, "sərhəddə ticarət” indikatorları üzrə) "Doing Business 2020”
hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi
məlum olmuşdur. Qeyd edək ki, müvafiq
diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri və Çini əhatə etmişdir. Qeyd edək ki, müvafiq düzəlişlərdən sonra "Doing Business 2020”
hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb.
Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən
28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi
nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən "Dünyanın ən islahatçı on
ölkəsindən biri” kimi qiymətləndirilib. Xatırladaq
ki, "Doing Business 2019” hesabatında da Azərbaycan "Dünyanın ən islahatçı on
ölkəsindən biri” kimi qiymətləndirilmişdi. Aparılmış müstəqil audit
yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi
haqda ətraflı məlumat press-relizə əlavədə qeyd edilmişdir. Azərbaycanın Dünya
Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm inkişaf
institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara
daim dəstək vermişdir. "Doing Business” hesabatında
qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını
göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə
münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut
etmişdir. Azərbaycanın "Doing Business” hesabatındakı reytinqinin 3 göstərici
üzrə yenilənməsi haqda ətraflı məlumat 1. Elektrik təchizatı şəbəkələrinə qoşulma indikatoru
üzrə Bu
indikator vasitəsilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr,
elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı
şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr,
habelə xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması
ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin
kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini
aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına
səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması
proseduru ləğv edilmiş və texniki şərtlərin qəbul edilməsinə olan müddət
azaldılmışdır. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə
qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə
prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini
tapmışdır. Qeyd edək ki, müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq
olaraq, 7 və 41 gün kimi əks olunmuşdu. 2. Müqavilələrin icrası indikatoru üzrə "Doing Business” hesabatı "Hüquqi proseslərinin keyfiyyəti indeksi”
vasitəsilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı
təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri,
məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin
alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik
yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi
artırılmışdır. Bununla da, ölkədə məhkəmə
proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi
kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq
olunmuşdur. 3. Sərhəddə ticarət indikatoru üzrə "Doing Business" hesabatı ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə
bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac
prosesində üç prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə
tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri
qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi
onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında
müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış
araşdırmalar nəticəsində "ixraca sərf olunan müddət: sərhəd prosedurları
(saat)” sub-indikatoru üzrə müddətin 12, "idxala sərf olunan müddət: sərhəd
prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 4, "ixraca
sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə
müddətin 28,5, "idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)”
sub-indikatoru üzrə müddətin 26 saat, "ixraca sərf olunan məbləğ: sənədləşmə
prosedurları (ABŞ dolları)” sub-indikatoru üzrə xərcin 150 ABŞ dolları kimi
olması təsbit olunmuşdur. Qeyd edək ki, müvafiq sub-indikatorlar üzrə
göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi
qiymətləndirilmişdi. Beləliklə,
Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə "Sərhəddə ticarət”
prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi
üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq etmişdir. "Doing
Business 2020” hesabatında Azərbaycanın mövqeyi üzrə yenilənmiş qiymətləndirmə
Cədvəli İndikatorlar Daha öncə nəşr olunmuş hesabat üzrə mövqe Müvafiq düzəlişdən sonra yekun
göstərici Elektrik təchizatı şəbəkələrinə
qoşulma - prosedurların
sayı 7 5 - müddət
(günlər) 41 32 Müqavilələrin icrası - hüquqi
proseslərinin keyfiyyəti indeksi 8 10,5 Sərhəddə ticarət - ixraca sərf olunan müddət: sərhəd prosedurları
(saat) 17 12 - dxala sərf
olunan müddət: sərhəd prosedurları (saat) 14 4 - ixraca sərf olunan müddət: sənədləşmə prosedurları
(saat) 33 28,5 - idxala sərf olunan
müddət: sənədləşmə prosedurları (saat) 33 26 - ixraca sərf
olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları) 250 150 Dünya Bankının
aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar
imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə
Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcəkdir. GOYEZEN.AZ
Facebook-da paylaş