Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim,
xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil
qoydu. Azərbaycanın dövlət himni səsləndirildi. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor
Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri
düzüldü.
Facebook-da paylaş