İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər
Dekabrın
4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini
dərin ehtiramla yad ediblər. Dövlətimizin başçısı "Əbədi məşəl” abidəsinin önünə
əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular. Azərbaycanın dövlət himni səsləndirildi. Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda
canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi
ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiram
hissi ilə yad edilib. Allah şəhidlərimizə rəhmət eləsin!
Facebook-da paylaş