• Təqvim

  • Maraq



İcra başçısı yeni istifadəyə verilən “Qərb qapısı” otelində yaradılan şəraitlə tanış olub


Son illər Azərbaycanın müstəqil və güclü bir dövlət olmasını ildən-ilə artan iqtisadi göstəricilərindən, sürətlə inkişaf etməsindən aydın şəkildə görmək olar. Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə həyata keçirdiyi məqsədyönlü siyasət onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib. Ölkə başçısının neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə də sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi uğurlu layihələr Azərbaycanda bu sahənin daha geniş vüsət tapmasında mühüm rol oynayır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı və sənaye məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsi bu dediklərimizin bariz nümunəsidir.
Qazaxda yeni bir ünvan "Qərb qapısı” oteli də istifadəyə verilib.
 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni istifadəyə verilən oteldə yaradılan şəraitlə, vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olub.
Rayon rəhbəri yeni otelin istifadəyə verilməsi münasibətilə səmimi ürək sözlərini çatdırıb və otelin kollektivinə uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, otelin istifadəyə verilməsi həm rayonun gündən-günə inkişaf etməsi, müasirləşməsi, həm də yeni iş yerlərinin açılması istiqamətində atılan uğurlu addımın daha bir əyani göstəricisidir.
Otel rəhbərliyi Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şəraitin, göstərilən diqqət və qayğının sahibkarlara böyük stimul verdiyini və yeni mağazalar, dükanlar, istehsal obyektləri, eləcə də otellər açmağa sövq etdiyini bildirib. Bu gün əsas hədəfin sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfələrini vermək olduğunu söyləyib. Sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə başçısına minnətdarlıq ediblər.





 
GOYEZEN.AZ



Facebook-da paylaş