“S.V.OİL” yanacaqdoldurma məntəqəsinin açılışı olub
Bu gün Respublika Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkədə aparılan islahatların geniş vüsət alması, sahibkarlığa
dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət
dəstəyinin ildən-ilə artırılması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə
şərait yaradır. Ən əsası da dövlət-sahibkar münasibətləri inkişaf etdirilir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı
məqsədilə həyata keçirdiyi məqsədyönlü tədbirlər respublikamızın hər yerində
olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın
inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin nəticəsidir
ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq
obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı
məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin
istifadəyə verilməsindən aydın şəkildə görmək olar. Bu gün rayonda
daha bir sahibkarlıq obyektinin - "S.V.OİL” adlı yanacaqdoldurma
məntəqəsinin (YDM) rəsmi açılış mərasimi olub. Ağköynək kəndi ərazisində yeniistifadəyə verilən YDM-si rayonumuzda sahibkarlığın inkişafına göstərilən
dəstəyin daha bir bariz nümunəsidir. Açılış mərasimində iştirak edən Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək yeni YDM-in istifadəyə
verilməsi münasibətilə rayon sakinlərini və məntəqənin əməkdaşlarını səmimi
qəlbdən təbrik edib. Qeyd edib ki, bu gün açılışını etdiyimiz məntəqə
Respublika Prezidenti İlham
Əliyev tərəfindən həyata keçirilən davamlı
sosial-iqtisadi yüksəlişin, xalqımızın maddi rifah halının durmadan
yaxşılaşdırılması istiqamətində görülən işlərin əyani göstəricisidir. Çünki
yeni açılan hər bir müəssisə həm də yeni iş yerlərinin açılması, sakinlərin
rifah halının yaxşılaşdırılması deməkdir. "Bu gün Qazaxda sahibkarlığın inkişaf
etməsi üçün şəffaf və münbit şərait var”, - deyən birinci müavin yeni müəssisələrin,
sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün sahibkarlara
geniş imkanlar yaradıldığını, hər cür dəstək göstərildiyini bildirib. Məntəqə sahibi, sahibkar Seymur Mansurov rayon
rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun
inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara
böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq
edir. Qeyd edib ki,bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində
dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda
öz töhfəmizi verməkdir. Sahibkar onlar üçün yaradılan şəraitə görə ölkə başçısı
İlham Əliyevə bir daha minnətdarlığını çatdırıb. S.Mansurov xidmət sahələri barədə məlumat verərək
bildirib ki, neft satışını benzin və dizel yanacağı təşkil edir. Bundan əlavə,
avtoyuma, yağlama, kafe və market xidməti də fəaliyyət göstərir. Gələcəkdə isə 15-20
nəfəri qəbul edəcək otelin də inşa olunması nəzərdə tutulub. Hazırda
yanacaqdoldurma məntəqəsində 15 nəfər işçi çalışır. Orta aylıq əmək haqqı isə
180 manat təşkil edir. YDM-nin
rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları məntəqədə
yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstəriləcək xidmətlərlə maraqlanıblar. İştirakçılara məlumat verilib ki, yanacaqdoldurma
məntəqəsində yüksək səviyyədə şərait yaradılıb. Məntəqə elm və texnologiyanın
ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub. Tədbirin sonunda M.Alıyev yeni YDM-in istifadəyə
verilməsi münasibətilə məntəqənin kollektivini bir daha təbrik edib və uğurlar
arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş