Qazaxda tibb məntəqəsinin açılışı olub
Abbasbəyli kəndində Türkkızılayı”nın əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni tibb məntəqəsinin açılışı olub. Açılış mərasimində rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, məktəblilər və kənd sakinləri, KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev açılış mərasimində çıxış edərək Azərbaycan ilə Türkiyə arasındakı dostluq münasibətlərindən söz açıb. Qeyd edib ki, bu gün açılışını etdiyimiz yeni tibb məntəqəsi də bu dostluq münasibəıtlərinin daha bir nümunəsidir.
Türkiyə dövlətinin Azərbaycandakı baş konsulu Orhan İşıq çıxış edərək sərhəd kəndlərindəki əhalinin mərdliyindən danışıb və tibb məntəqəsinin onlara bir hədiyyə olduğunu bildirib. Qeyd edib ki, mən birinci dəfədir ki, bu kəndə gəlirəm. Məşhur Göyəzən dağı ilə üz-üzə dayanmaq özü böyük bir xoşbəxtlikdir. Sizə sağlam həyat arzulayıram. Amma bilin ki, bu gündən sizlərə ilkin yardım göstərən tibb məntəqəsi vardır.
Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev çıxış edərək Türkkızılayı” ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasındakı sıx əməkdaşlıqdan danışıb.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Sevda Məmmədova, kənd ağsaqqalı Faiq Mərdanov Türkkızılayı”na və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə yeni tibb məntəqəsinin açılışına görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Məntəqənin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yaradılan şəraitlə tanış olub və yüksək qiymətləndiriblər.

Elçin İSMAYIL
Facebook-da paylaş