Qazaxda rayon mərkəzi xəstəxanası və tibb məntəqəsi üçün yeni bina tikilir
145 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək. Rayon rəhbərliyi yeni səhiyyə ocağının vaxtında istifadəyə verilməsinə ciddi nəzarət edir və lazım olan bütün köməkliklər göstərilir.
Bundan başqa, rayonun sərhəd kəndlərindən biri olan Abbasbəyli kəndində də yeni tibb məntəqəsi tikilir. Yaxın günlərdə məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur.
Facebook-da paylaş