Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbindən - FOTOLAR
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun
reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
Qazaxda əsaslı şəkildə yenidən qurulan Xalq yazıçısı İsmayıl Şıxlının adını
daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbi 15 sentyabr - Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilib. Məlumat
üçün qeyd edək ki, 1987-ci ildə tikilən və əsaslı təmirinə ötən il iyul ayının
ortalarından başlanılan məktəbin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi
isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli,
ikinci korpus isə ikimərtəbəlidir. Məktəbin
həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən Kosalar kəndindən
olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir ki, burada
şəhidlərin şəkli əks olunmuş lövhə vurulub. Sol tərəfdə isə Xalq yazıçısı
İsmayıl Şıxlının büstü qoyulacaq. Birinci
korpusun birinci mərtəbəsində bir-birindən gözəl guşlər göz oxşayır. Sol
tərəfdə ulu öndər Heydər Əliyevin uşaqlara olan qayğısını və qiymətli sözlərini
əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika Prezidenti
cənab İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban xanım Əliyevanın
gələcəyimiz olan uşaqlara göstərdikləri diqqət və qayğını özündə əks etdirən
guşə yer alır. Bundan əlavə, Dövlət rəmzlərimiz haqqında məlumat lövhəsi
vurulub. Məktəbdə bu gün adını daşıdığı Xalq yazıçısı İsmayıl Şıxlının həyat və
yaradıcılığını, yazmış olduğu əsərlərin adlarını özündə əks etdirən guşəyə də
yer ayrılıb. Birinci
mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi sinif otağı,
qarderob yerləşir. İkinci mərtəbədə sinif otaqlarının sayı 8-dir. Burada fizika
və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı
yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya
otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir.
Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar qovşaq
var. İkinci
korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə
otağı (duş otağı), oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün
yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif
otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı,
xarici dil müəllimlərinin otağı, arxiv yerləşir. Həmçinin, məktəb binası daimi
isti və soyuq su, elektrik və istilik sistemi ilə təmin edilib. Binanın
daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Məktəbin
arxa tərəfində iki böyük idman meydançası diqqəti cəlb edir. Müasir standartlara cavab
verən yeni məktəbdə futbol və basketbol meydançası yaradılıb. Kənd
sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq
arxa hissədə məktəbin həyətində əlavə olaraq güləş zalı da tikilib. Bundan başqa, məktəb binasının arxa
hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, 1 ədəd
içməli su hovuzu, nasosxana, qazanxana və sanitar
qovşaqları da inşa edilib. Məktəbin
həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt
döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub. Yeni
məktəbdə 608 nəfər şagird təhsil alacaq ki, onların təlim-tərbiyəsi ilə 59
nəfər müəllim məşğul olacaq. 20 nəfər texniki işçi çalışacaq. Sinif
komplektinin sayı 27-dir.
Sinif otaqları
Kimya otağı
Fizika otağı
Biologiya otağı
İnformatika otağı
Kitabxana
Müəllimlər otağı Akt zalı
Oğlanlar üçün əmək otağı
Qızlar üçün əmək otağı
Tibb otağı-psixologiya otağı Yeməkxana
İdman zalı
GOYEZEN.AZ
Facebook-da paylaş