Əsas Səhifə > Manşet / Fotoqalereya > Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbindən -

Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbindən -


15-09-2020, 20:53


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda əsaslı şəkildə yenidən qurulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi 15 sentyabr - Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilib.

Məlumat üçün qeyd edək ki, 1987-ci ildə tikilən və əsaslı təmirinə ötən il iyul ayının ortalarından başlanılan məktəbin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.

Məktəbin həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən Kosalar kəndindən olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir ki, burada şəhidlərin şəkli əks olunmuş lövhə vurulub. Sol tərəfdə isə Xalq yazıçısı İsmayıl Şıxlının büstü qoyulacaq.

Birinci korpusun birinci mərtəbəsində bir-birindən gözəl guşlər göz oxşayır. Sol tərəfdə ulu öndər Heydər Əliyevin uşaqlara olan qayğısını və qiymətli sözlərini əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara göstərdikləri diqqət və qayğını özündə əks etdirən guşə yer alır. Bundan əlavə, Dövlət rəmzlərimiz haqqında məlumat lövhəsi vurulub. Məktəbdə bu gün adını daşıdığı Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını, yazmış olduğu əsərlərin adlarını özündə əks etdirən guşəyə də yer ayrılıb. 

Birinci mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi sinif otağı, qarderob yerləşir. İkinci mərtəbədə sinif otaqlarının sayı 8-dir. Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir. Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar qovşaq var.

İkinci korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı (duş otağı), oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin otağı, arxiv yerləşir. Həmçinin, məktəb binası daimi isti və soyuq su, elektrik və istilik sistemi ilə təmin edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb.

Məktəbin arxa tərəfində iki böyük idman meydançası diqqəti cəlb edir. Müasir standartlara cavab verən yeni məktəbdə futbol və basketbol meydançası yaradılıb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq arxa hissədə məktəbin həyətində əlavə olaraq güləş zalı da tikilib.  Bundan başqa, məktəb binasının arxa hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, 1 ədəd içməli su hovuzu, nasosxana, qazanxana və sanitar qovşaqları da inşa edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.

Yeni məktəbdə 608 nəfər şagird təhsil alacaq ki, onların təlim-tərbiyəsi ilə 59 nəfər müəllim məşğul olacaq. 20 nəfər texniki işçi çalışacaq. Sinif komplektinin sayı 27-dir.


























 Sinif otaqları 





 Kimya otağı 



 Fizika otağı 




  Biologiyotağı 




İnformatika otağı 





 Kitabxana







 Müəllimlər otağı




Akt zalı 





 Oğlanlar üçün əmək otağı 






 Qızlar üçün əmək otağı 




 Tibb otağı-psixologiya otağı 




Yeməkxana 



 İdman zalı 




 

GOYEZEN.AZ


Geri qayıt