Qazaxda Mehdi Hüseyn küçəsinə yeni asfalt vurulur
Yeni asfalt vurulan Mehdi Hüseyn küçəsi Bu gün Qazaxda cənab Prezident İlham Əliyevin
diqqət və qayğısı sayəsində ən böyük layihələrdən biri reallaşır, "Azərsu”
ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Təqdirəlayiq
hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə bərabər
işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri aparılır, yeni asfalt
vurulur, tamet döşənir, beton tökülür. Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov küçələrini yeni
asfalt vurulmuş küçələrə misal göstərə bilərik. Bunan əlavə, Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49, Heydər
Əliyev prospektində yerləşən 61A,63,65, Azadlıq küçəsində yerləşən
92,208,208A, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq
işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərə təqdim
olunub. Küçələrin asfaltlanması, eləcə də digər quruculuq işləri bu gün də
davam etdirilir. Bu gün şəhərdə su və kanalizasiya sisteminin çəkilişi
başa çatmış daha bir küçəyə - Mehdi Hüseyn küçəsinə yeni asfalt vurulmasına başlanılıb. Məlumat üçün
onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi
sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt
vurulacaq. Yeni asfalt
vurulacaq Heydər Əliyev
prospektində isə qazıntı
işlərinə start verilib. Həmçinin, Heydər Əliyev prospektində, Azadlıq, M.P.Vaqif, Bakı küçələrində
səkilərə yeni tamet döşənir, beton vurulur. Son illər dövlət başçısının rəhbərliyi altında Qazaxda aparılan quruculuq işlərini
yüksək qiymətləndirən rayon sakinləri
bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirirlər. Yeni asfalt vurulan Mehdi Hüseyn küçəsi
Yeni asfalt vurulan Hüseyn Arif küçəsi
Yeni asfalt vurulacaq Heydər Əliyev prospekti
Yeni tamet , beton vurulan Heydər Əliyev prospekti
Yeni tamet vurulan Molla Pənah Vaqif küçəsi
Yeni tamet vurulan Bakı küçəsi
Yeni tamet vurulan Azadlıq küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş