Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar keçirdiyi Respublika videomüşavirəsində verilən tapşırıqların icrası aidiyyəti üzrə müzakirə olunub
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi
karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib. Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda
Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi
Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət
Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat
naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay
Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari
Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68
şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları,
daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin,
rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak
ediblər. Videomüşavirə zamanı ölkəmizdə Pandemiya
ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Baş Nazir Əli Əsədov
koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması
istiqamətində görülməsi vacib olan bir sıra işlərlə bağlı tapşırıqlar verib. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon
Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda
Məmmədovanın, Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Səadət Nazarovanın iştirakı
ilə bu gün Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda səslənən
fikirlər, verilən tapşırıq və tövsiyələr geniş şəkildə müzakirə olunub. İcra
başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da
pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində
Baş Nazirin verdiyi tapşırıqların icrası ilə bağlı göstərişlərini verib. GOYEZEN.AZ
Facebook-da paylaş