Şəhid mayor Namiq Əhmədovun evi özünün arzuladığı kimi təmir olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəhidlərimizə olan hörmət və ehtiramı, şəhidlərimizin ailələrinə göstərdikləri yüksək diqqət və qayğı bu gün hər birimiz üçün örnəkdir. Ölkə başçısının iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən canlarını Vətən uğrunda fəda edən şəhidlərimizə olan diqqət və qayğısı, şəhidlərimizin ailə üzvlərinin daim diqqət mərkəzində saxlanılması barədə vediyi tapşırıq və tövsiyələr Qazaxda da olduğu kimi icra edilir.
Artıq əvvəlki yazılarımızda da xəbər verdiyimiz kimi, rayon rəhbərliyinin tapşırığına əsasən iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini mayor Əhmədov Namiq Hajan oğlunun evində təmir və tikinti işləri aparılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də şəhidimizin evində görülmüş işlərlə maraqlanıb və bütün işlərin keyfiyyətlə aparılmasını bildirib. Rayon rəhbəri evin şəhidimizin özünün arzuladığı kimi, təmir edilməsi və ailəsinə təqdim olunması üçün aidiyyəti üzrə tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş