İcra başçısı səhiyyə müəssisələrinin rəhbələrinə bir daha ciddi xəbərdarlıq edib
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda
Məmmədova, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin direktoru
Kamandar İbrahimov, Qazax Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin Qazax Təcili Tibbi Yardım Stansiyasının
şöbə müdiri, baş həkim əvəzi Əmirxan Mamedov, "Qazax Rayon Mərkəzi
Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev,"Qazax
Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evinin həkimi,
mama-ginekoloq Diləfruz Cəfərova və başqaları son günlər istər Doğum evində baş
verən neqativ halların, istərsə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası barədə sosial şəbəkələrdə yayılmış videoların, səslənən
fikirlərin, ümumilikdə Qazax səhiyyəsi haqqında formalaşan mənfi fikirlərin heç
də yaxşı hal olmadığını bildiriblər. Bu cür halların təkrarlanmaması üçün
bildirilən iradlardan, verilən tapşırıq və tövsiyələrdən hər bir səhiyyə
işçisinin nəticə çıxarmalı olduğunu qeyd ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov sonda
hər bir səhiyyə müəssisəsinin rəhbərinə öz işlərində dönüş yaratmalarını bildirərək
bir daha ciddi şəkildə xəbərdarlıq edib.
GOYEZEN.AZ
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son günlər səhiyyə sahəsində baş verənlər, sosial şəbəkələrdə
səslənən fikirlər haqqında öz iradlarını bildirib, bununla bağlı səhiyyə müəssisələrinin
rəhbərlərinə bir daha ciddi şəkildə xəbərdarlıq edib.
İcra
başçısı qeyd edib ki, respublikamızın
hər yerində olduğu kimi, Qazax səhiyyəsinə də dövlət tərəfindən yüksək diqqət
və qayğı göstərilir. Göstərilən dövlət qayğısının ən bariz nümunəsi də bu il
martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Rayon
Mərkəzi Xəstəxanasıdır. Rayon
rəhbəri bildirib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən istər səhiyyə
sahəsinə göstərilən diqqət və qayğının, istərsə də dövlət başçısının rəhbərliyi
altında ölkəmizdə Pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərin
müqabilində bu sahədə neqativ halların baş verməsi birmənalı şəkildə
yolverilməzdir.
Rayon
rəhbəri dövlət başçısının bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə
də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin
görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələrin son illər Qazax
rayonunda da birmənalı şəkildə icra olunduğunu bir daha bildirib. Bu sahənin daim
diqqət mərkəzində saxlanıldığını qeyd edib. Son günlər "Qazax
Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində baş verən xoşagəlməz neqativ halların rayonda səhiyyə sahəsində olan şəffaflığa
kölgə saldığını vurğulayıb. Rayon rəhbəri bu cür halların hüquq-mühafizə
orqanlarının rəhbərləri tərəfindən də daim nəzarətdə saxlanıldığını və lazımi tədbirlərin
görüləcəyini diqqətə çatdırıb.
İcra başçısı son günlər sosial şəbəkələrdə Qazaxda Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasında (TTTYS) şəraitin olmaması ilə bağlı yayılmış video və
tibb işçisinin o cür çıxış etməsini rayon səhiyyəsinin adına yaraşmayan hal
olduğunu bildirib. Ölkəmizdə yaşanan çətin bir vəziyyətdə, koronavirus (COVID-19)
pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Qazax səhiyyəsinin adına kölgə
salacaq bu cür paylaşımın edilməsini xoşagəlməz hal kimi qiymətləndirib. İcra
başçısı bildirib ki, səhiyyə sahəsində çalışan hər bir işçi bilməlidir ki, atdığı
addımla, etdiyi hər hansı bir hərəkətlə rayon səhiyyəsinin adına ləkə gətirmiş
olur. Xüsusən də rayonda rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqe
nümayiş olunduğu bir vaxtda hər kəs
bu işə dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən
əsası da ümumrespublika işində hər
kəs səfərbər olmalıdır.
Facebook-da paylaş