Vətəndaşlar yazır: “Sizin sərhəddə yerləşən kənd sakinlərinə diqqət və qayğınız sayəsində kəndimizin problemləri aradan qaldırılır”
Hörmətli
cənab Prezident. Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır.
Görülən işlər "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm” sözlərinin yüksək səviyyədə həyata keçirildiyini göstərir. Bizim
kənd mənfur düşmənlərlə sərhəddə yerləşir. Buna baxmayaraq, kənd sakinləri heç
nədən qorxmadan yaşayışlarını davam etdirirlər. Sərhədlərimizi qoruyan
hərbçilər də yerli sakinlərdən köməklərini əsirgəmirlər. Sizin
göstərişiniz əsasında Qarabağ əlillərinə və şəhid ailələrinə xüsusi qayğı
göstərilir. Kəndin keçilməz ara yolları təmir olundu və kəndimizi rayon mərkəzi
ilə birləşdirən 27 kilometr yeni asfalt yol çəkildi. Sizin
sərhəddə yerləşən kənd sakinlərinə diqqət və qayğınız sayəsində kəndimizin
problemləri aradan qaldırılır. Görülən
işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür və
cansağlığı, gələcək işlərinizdə yeni uğurlar arzulayırıq. Hörmətlə, Pirvəliyev Aslan Məmməd oğlu Ağamalıyev Ələs Nuru oğlu İsgəndərov Nizami Daşdəmir oğlu İsmayılov Kamil Zirəddin oğlu və başqaları. Azərbaycan Respublikası, Qazax rayonu, Quşçu Ayrım kəndi.
Facebook-da paylaş