Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar yazır: “Sizin sərhəddə yerləşən kənd sakinlərinə diqqət və qayğınız sayəsində kəndimizin problemləri aradan qaldırılır”

Vətəndaşlar yazır: “Sizin sərhəddə yerləşən kənd sakinlərinə diqqət və qayğınız sayəsində kəndimizin problemləri aradan qaldırılır”


21-07-2020, 19:17


Hörmətli cənab Prezident.

Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Görülən işlər "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinin yüksək səviyyədə həyata keçirildiyini göstərir.

Bizim kənd mənfur düşmənlərlə sərhəddə yerləşir. Buna baxmayaraq, kənd sakinləri heç nədən qorxmadan yaşayışlarını davam etdirirlər. Sərhədlərimizi qoruyan hərbçilər də yerli sakinlərdən köməklərini əsirgəmirlər.

Sizin göstərişiniz əsasında Qarabağ əlillərinə və şəhid ailələrinə xüsusi qayğı göstərilir. Kəndin keçilməz ara yolları təmir olundu və kəndimizi rayon mərkəzi ilə birləşdirən 27 kilometr yeni asfalt yol çəkildi.

Sizin sərhəddə yerləşən kənd sakinlərinə diqqət və qayğınız sayəsində kəndimizin problemləri aradan qaldırılır.

Görülən işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür və cansağlığı, gələcək işlərinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Pirvəliyev Aslan Məmməd oğlu

Ağamalıyev Ələs Nuru oğlu

İsgəndərov Nizami Daşdəmir oğlu

İsmayılov Kamil Zirəddin oğlu və başqaları.

Azərbaycan Respublikası, Qazax rayonu, Quşçu Ayrım kəndi.


Geri qayıt