İcra başçısı Dəmirçilər kəndində güləş zalının tikintisi ilə maraqlanıb
Respublika Prezidenti cənab İlham
Əliyevin dövlət məmurları haqqında
söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları barədə verdiyi
tapşırıq və tövsiyələr onu sübut edir ki, Azərbaycanda dövlət
siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır. Son 4 ildir ki, ölkə başçısının vətəndaşlarla bağlı
verdiyi tapşırıq və tövsiyələrə Qazaxda da olduğu kimi əməl olunur. İcra
başçısının rəhbər təyin olunduğu ilk gündən demək olar ki, iş fəaliyyətinin
əsasını vətəndaş amili təşkil edir. İstər şəhər, istərsə də kəndlərdə
sakinlərlə keçirdiyi səyyar görüşlər zamanı səslənən müraciətlərə operativ
şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə
əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində
yerindəcə tapşırıq verilməsi bunun əyani sübutudur. Ötən yazımızda Dəmirçilər kəndində keçirilən səyyar görüş zamanı Dəmirçilər kənd tam orta məktəbin idman
müəllimi Kərimov Məzahir Qəşəm oğlunun kənddə güləş zalının tikintisi ilə bağlı
müraciətinin müsbət həllini tapması barədə məlumat vermişdik. Belə ki, rayon
rəhbəri kənddə köhnə tikilidə fəaliyyət göstərən güləş zalına baxış keçirmiş və
əsaslı şəkildə yenidən qurulması barədə öz tapşırıqlarını vermişdi. Artıq
haqqında söhbət açdığımız güləş zalının tikintisi yekunlaşmaq üzrədir. Qısa bir
müddətdə güləş zalı yenidən qurulub. Hörgü və suvaq işləri aparılıb, Dam örtüyü
və tavanı yenilənib, yeni qapı və pəncərələr qoyulub. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər kəndində olub,
güləş zalında görülən işlərlə maraqlanıb. Son tamamlanma işləri ilə yaxından
tanış olan icra başçısı bəzi tapşırıqlarını da verib. M.Kərimov onun müraciətini nəzərə alıb güləş zalının
tikintisinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Vətəndaşlara
göstərilən dövlət qayğısına, eləcə də idman sahəsinin inkişafına verdiyi
dəstəyə görə bir daha ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını
bildirib.
Güləş zalının əvvəlki vəziyyəti Güləş zalının tikintidən sonrakı vəziyyəti GOYEZEN.AZ
Facebook-da paylaş