Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Tam əminliklə deyə bilərik ki, Respublika
Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən məqsədyönlü dövlət
siyasətinin mərkəzində hər zaman vətəndaş amili dayanır. Ölkə rəhbərinin
vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da ön plana çəkilir.
Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər,
görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə
baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən
qəbullar da məhz bu amala xidmət edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları
dinləyib. Şəhər sakini Xəlilova Humay Lüdviq qızının pay torpaq
sahəsi ilə təmin olunma ilə bağlı məsələsinə cavab olaraq aidiyyatı üzrə
müraciət etməsi tövsiyə olunub. Bağanıs Ayrım kənd sakini Quluyeva Məxluqə Kamal qızı
məcburi köçkün statusunun verilməsinə köməklik olunmasını istəyib. Vətəndaşı
dinləyən rayon rəhbəri qaldırılan məsələnin araşdırılmasını və köməklik
olunmasını bildirib. Lazımi sənədələrin toplanması ilə əlaqədar aidiyyatı üzrə tapşırıq
verib. Yuxarı Əskipara kənd sakini Vəliyev İnqilab Vəli
oğlunun işlə bağlı müraciətinə cavab olaraq "Saloğlu” fərdi mebel fabrikində
müvafiq iş yeri təklif edilib. Şəhər sakinləri Hacıyeva Nəcibə Alyoş qızının, Tağıyev
Vasif Əsgər oğlunun, Əliyev Qəzənfər Abdu oğlunun, Ağköynək kənd sakini
Nəbiyeva İradə Qurban qızının, Qarapapaq kənd sakini Xasməmmədov Feruz Mübariz
oğlunun, Cəfərli kənd sakini Cabbarov Mahir Yahya oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş