Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə Respublika
Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını
vətəndaş amili təşkil edir. Ölkə başçısının vətəndaşlara olan diqqət və qayğısı
son 3 ildir ki, Qazaxda da hər zaman ön planda tutulur. Bunu rayon rəhbərliyi
tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən
fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların
ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da əyani
şəkildə sübut edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları
dinləyib. Şəhər sakinləri Rəhimova Vəfa Əli qızının, İsayeva
Gülnarə Firdovsi qızının, Hüseynbəyli kənd sakini Həsənova Nigar David qızının
işlə bağlı müraciətlərinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax filialında və "Saloğlu”
mebel fabrikində müvafiq iş yerləri təklif olunub. Yuxarı Salahlı kənd sakinləri Şəmşiyev Saməddin Qara
oğlu və bacısı, şəhid ailəsi Kazımova Bəsdi Qara qızı torpaq sahəsi ilə təmin
olunmaqları barədə müraciət ediblər. Vətəndaşların istəklərinə cavab olaraq
aidiyyatı üzrə müraciət etmələri bildirilib. Eyni zamanda vətəndaşların
məsələsinin həlli istiqamətində köməklik olunması ilə bağlı aidiyyatı üzrə
tapşırıq verilib. Hüseynbəyli kənd sakini Qasımova Sahibə Talıb qızı isə
müraciətində müəllim işləyən gəlininin iş yerinin dəyişdirilməsinə köməklik
olunmasını qeyd edib. Vətəndaşa gəlininin Təhsil Nazirliyi tərəfindən müəllimlərin
yerdəyişməsi ilə bağlı keçirilən imtahanda iştirak etməsi tövsiyə olunub. Şəhər sakinləri Mahmudova Rəna Heydər qızının, Əliyev
Sənan Ayaz oğlunun, Xanlıqlar kənd sakinləri Süleymanova Raxmaya Mustafa qızının,
Məhərrəmov Filip Qara oğlunun, Sadıqov Hüseyn Dursun oğlunun, Kosalar kənd
sakini Rzayeva Firəngiz Həsrət qızının, Qızılhacılı kənd sakini Pənahova Güllər
Əmiraslan qızının, Daş Salahlı kənd sakini Mərdanov Omar Şəmil oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş