Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün ölkəmizdə dövlət siyasətinin
mərkəzində dayanan vətəndaş amili Qazaxda da prioritet sahə kimi ön planda
saxlanılır. Ölkə rəhbərinin vətəndaşlara olan diqqət və qayğısı son 3 ildir ki,
Qazaxda da olduğu kimi icra olunur. Bunu sakinlərlə keçirilən səyyar görüşlərdən,
görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə
baxılmasından, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul
olunmalarından aydın şəkildə görmək olur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri öyrənib,
qayğıları ilə maraqlanıb.
Çaylı kənd sakini Qocayeva Bəsti Qəşəm qızının
torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq aidiyyatı üzrə müraciət
etməsi tövsiyə olunub.
Aşağı Əskipara kənd sakini Vəliyeva Günay
Ələkbər qızının və şəhər sakini Abdullayev Şəmsi Vahid oğlunun mənzillə bağlı
müraciətlərinə boş yer yaranan zaman baxılacağı bildirilib.
Şəhər sakinləri Əmiraslanov Əziz Ruslan
oğlunun, Hətəmova İlhamə Şahvələd qızının, Ramazanova Güllüzar Vahid qızının,
Qasımov Fəzail Qəzənfər oğlunun, Yuxarı Əskipara kənd sakini Musayev Coşqun
Şahmalı oğlunun, Canalı kənd sakini Səfərov Orxan Omar oğlunun, Kosalar kənd
sakini Aydınova Vüsalə Ziyadxan qızının, Abbasbəyli kənd sakini Kərimova Zəhra
Nizami qızının müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş