Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Son 15 il və ölkəmizdə hər zaman ön planda
tutulan vətəndaş amili. Bu gün birmənalı şəkildə söyləyə bilərik ki, ölkə
başçısının yürütdüyü məqsədyönlü dövlət siyasətinin mərkəzində həmişə vətəndaş
amili dayanır və bundan sonra da dayanacaq. Son 3 ildir ki, ölkə rəhbərinin
vətəndaşlara olan diqqət və qayğısının Qazaxda da olduğu kimi icra olunmasının
bariz nümunəsi isə sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən
fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların
ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul olunmalarıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri öyrənib,
qayğıları ilə maraqlanıb.
Şəhər sakini Baxşəliyeva Afər Murtuz qızının yaşadığı
evin sənədləşməsi ilə bağlı məsələsinə cavab
olaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub və vətəndaşa köməklik
olunacağı bildirilib.
Orta Salahlı kənd sakini Bayramova Ramilə
Rzaxan qızının işlə təmin olunması barədə istəyinə cavab olaraq "Azərxalça”
ASC-nin Qazax filialında iş təklif olunub. Ağköynək kənd sakini Məmmədova
Fərqanə Rasim qızı da işlə bağlı müraciət etdiyini qeyd edib. Vətəndaşa rayon
Məşğulluq Mərkəzində qeydiyyata düşməsi və "Özünüməşğulluq” proqramı
çərçivəsində peşə kursuna yazılması tövsiyə edilib.
Ağköynək kənd sakini Nəbiyeva İradə Qurban qızının,
Birinci Şıxlı kənd sakini Məmmədov Telman Nizaməddin oğlunun, Kosalar kənd
sakini Əhmədov İsmayıl Abdulkərim oğlunun, Kəmərli kənd sakini Rəhimov Rəhim
Məcid oğlunun, Cəfərli kənd sakini Kosayev Telman Mustafa oğlunun, Aşağı
Əskipara kənd sakini Məmmədova Gülnaz Hümbət qızının, şəhər sakinləri Hüseynova
Gülayət Bayraməli qızının, Rəhimova Gülnar Sahib qızının, Tağıyev Xəyal
Haqverdi oğlunun, Mustafayev Şahbaz Hidayət oğlunun müxtəlif məzmunlu
müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş