Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


17-12-2019, 20:01


Son 15 il və ölkəmizdə hər zaman ön planda tutulan vətəndaş amili. Bu gün birmənalı şəkildə söyləyə bilərik ki, ölkə başçısının yürütdüyü məqsədyönlü dövlət siyasətinin mərkəzində həmişə vətəndaş amili dayanır və bundan sonra da dayanacaq. Son 3 ildir ki, ölkə rəhbərinin vətəndaşlara olan diqqət və qayğısının Qazaxda da olduğu kimi icra olunmasının bariz nümunəsi isə sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul olunmalarıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri öyrənib, qayğıları ilə maraqlanıb.

Şəhər sakini Baxşəliyeva Afər Murtuz qızının yaşadığı evin sənədləşməsi ilə bağlı məsələsinə cavab olaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub və vətəndaşa köməklik olunacağı bildirilib.

Orta Salahlı kənd sakini Bayramova Ramilə Rzaxan qızının işlə təmin olunması barədə istəyinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax filialında iş təklif olunub. Ağköynək kənd sakini Məmmədova Fərqanə Rasim qızı da işlə bağlı müraciət etdiyini qeyd edib. Vətəndaşa rayon Məşğulluq Mərkəzində qeydiyyata düşməsi və "Özünüməşğulluq” proqramı çərçivəsində peşə kursuna yazılması tövsiyə edilib.

Ağköynək kənd sakini Nəbiyeva İradə Qurban qızının, Birinci Şıxlı kənd sakini Məmmədov Telman Nizaməddin oğlunun, Kosalar kənd sakini Əhmədov İsmayıl Abdulkərim oğlunun, Kəmərli kənd sakini Rəhimov Rəhim Məcid oğlunun, Cəfərli kənd sakini Kosayev Telman Mustafa oğlunun, Aşağı Əskipara kənd sakini Məmmədova Gülnaz Hümbət qızının, şəhər sakinləri Hüseynova Gülayət Bayraməli qızının, Rəhimova Gülnar Sahib qızının, Tağıyev Xəyal Haqverdi oğlunun, Mustafayev Şahbaz Hidayət oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.







 

GOYEZEN.AZ


Geri qayıt