• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili respublikamızın hər yerində olduğu kimi, Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar bunun bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları dinləyib.

Çaylı kənd sakinləri Nəbiyev Xanbaba Məşədi oğlunun və Nuruyev Alik David oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq yerində baxış keçiriləcəyi bildirilib.

Şəhər sakinləri Ələsgərov Ələsgər Həsir oğlunun, Həsənova Zöhrə İsmayıl qızının, Aşağı Salahlı kənd sakini Məmmədli Aydın Velyə oğlunun, Ağköynək kənd sakinləri Cəfərova Günel İlqar qızının və Hacalıyeva Pərnisə Keçəl qızının müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş