Vətəndaşların müraciətlərinə yerində baxılıb
Respublika Prezidenti cənab İlham Əliyevin dövlət
məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda
olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların
qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil
aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bu gün hər bir
dövlət məmurunun üzərinə böyük məsuliyyət hissi qoymaqla yanaşı ölkəmizdə
vətəndaş amilinin daim diqqət mərkəzində olmasından da xəbər verir. Tam əminliklə söyləyə bilərik ki, ölkə rəhbərinin
vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son 3 ildir ki, Qazaxda da
olduğu kimi icra olunur. Vətəndaş-məmur münasibətləri demək olar ki, rayon
rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi
münasibət, vətəndaşlara göstərdiyi diqqət və qayğı, istər şəhər, istərsə də
kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ
şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq
istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli
istiqamətində yerindəcə tapşırıq verilməsi əyani şəkildə sübut edir.
Vətəndaşlara olan diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu bilən hər
bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba
dəqiq şəkildə baxılacağını yaxşı bilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov ümumi qəbul zamanı müraciət etmiş Quşçu
Ayrım və Çaylı kənd sakinlərinin müraciətlərinə əsasən həmin kəndlərdə olub, yerində baxış
keçirib. Quşçu Ayrım kənd sakinləri Nuruyeva Dilbər Müzəffər
qızının, İsmayılov Fizuli Zirəddin oğlunun və Məmmədov Paşa Məmməd oğlunun su
məsələsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri məsələnin
araşdırılması və müvafiq köməklik olunması barədə aidiyyatı üzrə tapşırıq
verib. Çaylı kənd sakinləri Abdullayev Əzim Hacıkərim oğlu və
Sanıyev Fərrux Şərif oğlu da su məsələsi ilə bağlı müraciət ediblər. Sakinlərin
istəyinə əsasən Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin baş mühəndisi Telman
Orucovla birlikdə yerində baxış
keçirən icra başçısı hər il olduğu kimi bu il də Çaylı kəndində yeni bir ədəd
subartezian quyusunun qazılacağını bildirib. İlin ikinci yarımilliyində isə
qazılması nəzərdə tutulan subartezian quyusunun onların söylədiyi əraziyə
salınacağını qeyd edib. Çaylı kənd
sakinlərindən Mayıl Mehdiyev çıxış edərək onlara göstərilən yüksək dövlət
qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Bu gün onların istəyini nəzərə alıb görüşə gəldiyinə və məsələnin həllinə
həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş