• Təqvim

  • Unutma

  • Maraq



Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən kampaniya çərçivəsində Qazaxda 3 min ağac əkilib

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start verilib. "Təbiətə öz töhfəni ver” devizi altında keçirilən kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşıb. Bir gündə 650 min ədəd ağac əkilib.

Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da böyük rəğbətlə qarşılanıb. Qazax sakinləri yaşıllıqların artmasına töhfə verəcək bu nəcib təşəbbüsə həvəslə qoşulublar. Rayonun Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, AslanbəyliÇaylı kəndlərində yol kənarında baş tutan ağacəkmə kampaniyasında 3 min ədəd şam ağacı tingi əkilib.

Səhər saatlarından start verilən ağacəkmə kampaniyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ağacəkmədə iştirak edən rayon rəhbəri yolboyu ağac əkilən ərazilərdə olub, iştirakçılarla, gənclərlə görüşüb. Bu cür təşəbbüsün həyata keçirilməsini minnətdarlıq hissi ilə qarşılayan icra başçısı bu nəcib addımına görə Birinci vitse-prezident Mehriban Əliyevaya rayon ictimaiyyəti və kampaniya iştirakçıları adından təşəkkürünü çatdırıb. Tədbirə qatılanlar da Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Bu təşəbbüsü görkəmli şairin irsinin daha geniş təbliği ilə yanaşı, həm də ekoloji mühitin daha da sağlamlaşdırılması baxımından da böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Əsl bayram əhval-ruhiyyəli aksiyada Böyük şairin qəzəlləri, şeirləri səslənib, İmadəddin Nəsimi yaradıcılığına olan hörmət və ehtiram bir daha nümayiş olunub.


























 

GOYEZEN.AZ



Facebook-da paylaş