Sərhəddə yerləşən Bala Cəfərli kəndində sakinlərlə səyyar görüş keçirilib
"Sərhəddə
yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir”. Bu gün bu fikirlər ölkə Prezidenti cənab İlham
Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Bala Сəfərli kənd sakinləri
ilə keçirdiyi səyyar görüşdə səslənib. Bəli, bu gün
Qazax rayonunun nəinki Bağanıs Ayrım, Barxudarlı,
Sofulu, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi
işğal altındadır. Eləcə də rayonun bir neçə kəndi hər an düşmən gülləsinin
atəşinə məruz qalır. Düşmənlə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də
Bala Cəfərli kəndidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət mərkəzində
saxladığı kəndlərdən biri də sərhəddə yerləşən Bala Cəfərli kəndidir.
Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə
yanaşır. Məhz bu qayğı sayəsində rayonun bütün sərhəd kəndləri kimi Bala Cəfərli kəndi də sərhəddə yerləşməsinə baxmayaraq özünün inkişaf
dövrünü yaşayır. Son 3 ildə göstərilən diqqət və qayğının nəticəsidir ki, kənd günü-gündən
inkişaf edir, dövlət qayğısı ilə təmin olunmuş kənd sakinləri təsərrüfat və
heyvandarlıqla məşğul olurlar. Aidiyyatı idarə, müəssisə
və təşkilat rəhbərlərinin iştirakı ilə təşkil olunan görüşdə hər zaman olduğu
kimi bu gün də sakinlərin
qarşılaşdıqları problem və çatışmazlıqlar, onları narahat edən qayğılar dinlənilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq şəhər və
kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin
həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll
etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ
qaldırmaqdan ibarət olduğunu qeyd edib. Səmimi söhbət əsasında
keçən görüşdə sakinlərə dövlət başçısının yürütdüyü məqsədyönlü
siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər,
vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə də əhalinin maddi rifah
halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi
tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın
vətəndaşlara olan diqqət və qayğısı bir daha çatdırılıb. İcra başçısı qeyd edib ki,
ölkə Prezidenti İlham
Əliyevin çıxışları zamanı "Xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət
məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” kimi
söylədiyi fikirlər hər kəs üçün, o cümlədən də biz məmurlar üçün örnək
olmalıdır. "Əsas məqsədimiz Siz vətəndaşlara layiqincə xidmət göstərməkdir”, -
deyən icra başçısı həmişə olduğu kimi bundan sonra da bu prinsipə əməl etməyə
çalışdığını, daim vətəndaşların arasında olmağı iş fəaliyyətinin əsas tərkib
hissəsi hesab etdiyini bildirib. Rayon rəhbəri ölkə
başçısının ötən il növbəti dəfə Prezident seçildikdən sonra vətəndaşların
sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi iqtisadi
islahatlardan söz açıb və bu gün həmin islahatların uğurla icra edildiyini
bildirib. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını
vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi göstərib. Respublika Prezidenti
tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata
keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar
olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin
islahatların kökündə əhalinin maddi və sosial rifah halının
yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat
paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan
icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə
yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların
əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan
250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını,
istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının
müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının
yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib.
Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini
gənclərə olan ən böyük dəstək kimi qeyd edib. Rayon
rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda işsizliyin aradan
qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Ölkə
Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin
edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyinin nəzdində "DOST İş Mərkəzi" Məhdud
Məsuliyyətli Cəmiyyətinin yaradılmasını, ölkə vətəndaşlarının ictimai işlərə cəlb edilməsini
bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Hazırda
Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin
olunduğunu, gələcəkdə isə
bu sayın artacağını bildirib. Rayon
rəhbəri qeyd edib ki, hazırda rayonumuzda ən böyük layihələrdən biri olan 10
korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi
idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük
layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan
dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. Bütün
bunlar eyni zamanda xeyli sayda rayon sakininin işlə təmin olunması deməkdir. İcra başçısı "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta
məktəbinin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı
tikintisini Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı,
həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd
edib. Bundan əlavə, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli
kənd tam orta məktəbin də yenidən tikilməsini təhsil sahəsinə olan daha bir
qayğı kimi göstərib. Eyni zamanda Qaymaqlı kənd tam orta məktəbin və M.Hüseyn
adına məktəb-liseyin də əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu
diqqətə çatdırıb. İcra başçısı
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə hazırlanmış tədbirlər planında əksini tapan subartezian quyularının
qazılması kimi məsələlərdən də danışıb. Rayonda, eləcə də kəndlərdə elektrik
enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon
rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd
kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli kəndləri kimi Bala Cəfərli kəndində də SİP
kabelləşmə işinin başa çatdığını qeyd edib. Son 3 ildə rayonun əksər
kəndlərində suvarma suyunun 70 faizə kimi yaxşılaşdırıldığını bildirən icra
başçısı Bala Cəfərli kəndində də suvarma suyu ilə bağlı mövcud problemin olduğunu
qeyd edib və aradan qaldırılması üçün təqdirəlayiq işlərin görülməsinin nəzərdə
tutulduğunu bildirib. 2020-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularından
Bala Cəfərli kəndində də qazılacağını vurğulayıb. İcra
başçısı son 3 ildə sərhəd kəndlərində sakinlərin təhlükəsizliklərinin təmin
olunması istiqamətində görülən işlərdən də danışıb. Digər sərhəd kəndləri olan
Məzəm, Quşçu Ayrımda istinad divarlarının çəkilməsindən söz açıb. İcra başçısı qeyd edib ki, bu günə kimi Məzəmdə 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr
hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, sakinlərin xahişini nəzərə
alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də
nəzərdə tutulub. Eyni zamanda kəndə rahat və təhlükəsiz şəraitdə gedib-gəlmək
üçün ötən illərdə yol kənarına çəkilən istinad divarının çəkilişi bu il də
davam etdirilib. Rayon rəhbəri Bala Cəfərli kəndində də bu cür istinad
divarlarının çəkilməsinin nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid
verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid
oğul və qızlarımızın xatirələrinin hər zaman əziz tutulduğunu bildirib. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd
edib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini,
əsaslı şəkildə təmir edilməsini şəhidlərimizə olan ehtiramın bariz nümunəsi
olduğunu vurğulayıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada
aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş
lövhənin vurulmasını şəhidlərimizin ruhu qarşısında edilən ən yüksək əməl kimi
dəyərləndirib. İcra başçısı hər zaman mərd oğulları ilə tanınan Bala Cəfərli kəndində
də qəhrəman döyüşçülərin olduğunu qeyd edib. Bu gün düşmənlə sərhəddə yaşayan
sakinləri əsl qəhrəman adlandırıb. Kənd sakinlərindən
ağsaqqal Telman Kosayev, Ziyafət Səmədova, İradə Mehdiyeva, Ceyhun Rəhimov,
Tamella Qasımova, Əsmər Mürsəlova çıxış edərək sərhəd kəndlərinin sakinlərinə
göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, onlarla mütəmadi
olaraq görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün
kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər
ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz
sözümüzü belə asanlıqla çatdırırıq. Ən əsası da qaldırdığımız hər bir məsələyə
mütləq şəkildə baxılacağını bilirik. Görüşdə
minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də
söz açıblar. Sakinlər tərəfindən səsləndirilən kənddə qəzalı vəziyyətdə olan
evlərin təmiri, təhlükəsizliyin təmin olunması üçün evlərin qarşısına istinad
divarının çəkilməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri
hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş