Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və
müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı
vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini Hüseynova Gülayət Bayraməli qızının
işlə bağlı müraciətinə cavab olaraq sənədlərini təqdim etməsi və istəyinə uyğun
iş yeri yaranarsa baxılacağı bildirilib.
Kosalar kənd sakini Kazımova Aysel Müqabil
qızı ünvanlı sosial yardımla təmin olunması barədə müraciət edib. Vətəndaşa
aidiyyatı üzrə müraciət etməsi tövsiyə edilib və sənədləşmə işlərinə köməklik
olunması üçün müvafiq tapşırıq verilib.
Şəhər sakini Qurbanova Zeynəb
Kərim qızının, Canalı kənd sakini Səmədova Tərminə Kazım qızının müxtəlif səpkili
müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş