Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və
müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı
vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini İsmayılov Raqif Yaşar oğlu və Kosalar
kənd sakini Kazımova Aysel Müqabil qızı ünvanlı sosial yardımla təmin olunmaları
barədə müraciət ediblər. Vətəndaşlara aidiyyatı üzrə müraciət etmələri tövsiyə
edilib və köməklik olunması üçün müvafiq tapşırıq verilib.
Şəhər sakini Qocayeva Güldəstə Yanvar qızının,
Yuxarı Əskipara kənd sakini Qələndərova Lalə Nüsrət qızının işlə bağlı müraciətlərinə
cavab olaraq sənədlərini təqdim etmələri və istəklərinə uyğun iş yeri yaranarsa
baxılacağı bildirilib.
Şəhər sakini Binnətova Rəna Anar qızının, Tanrıverdiyeva Rəna Hüseyn qızının, Nəsibov Elman
Nəsib oğlunun, Yuxarı Əskipara kənd sakini Musayev Coşqun Şahmalı
oğlunun, Canalı kənd sakini Sarıyeva Ayşa Mustafa qızının, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri” İctimai Birliyinin sədr müavini Balayev Xasay Rza oğlunun və
birliyin təlimatçısı Rüstəmov Rəhman Musa oğlunun müxtəlif
səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş