Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib14-10-2019, 20:05 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib. Şəhər sakini İsmayılov Raqif Yaşar oğlu və Kosalar kənd sakini Kazımova Aysel Müqabil qızı ünvanlı sosial yardımla təmin olunmaları barədə müraciət ediblər. Vətəndaşlara aidiyyatı üzrə müraciət etmələri tövsiyə edilib və köməklik olunması üçün müvafiq tapşırıq verilib. Şəhər sakini Qocayeva Güldəstə Yanvar qızının, Yuxarı Əskipara kənd sakini Qələndərova Lalə Nüsrət qızının işlə bağlı müraciətlərinə cavab olaraq sənədlərini təqdim etmələri və istəklərinə uyğun iş yeri yaranarsa baxılacağı bildirilib. Şəhər sakini Binnətova Rəna Anar qızının, Tanrıverdiyeva Rəna Hüseyn qızının, Nəsibov Elman Nəsib oğlunun, Yuxarı Əskipara kənd sakini Musayev Coşqun Şahmalı oğlunun, Canalı kənd sakini Sarıyeva Ayşa Mustafa qızının, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədr müavini Balayev Xasay Rza oğlunun və birliyin təlimatçısı Rüstəmov Rəhman Musa oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |