Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib16-10-2019, 20:22 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib. Şəhər sakini Hüseynova Gülayət Bayraməli qızının işlə bağlı müraciətinə cavab olaraq sənədlərini təqdim etməsi və istəyinə uyğun iş yeri yaranarsa baxılacağı bildirilib. Kosalar kənd sakini Kazımova Aysel Müqabil qızı ünvanlı sosial yardımla təmin olunması barədə müraciət edib. Vətəndaşa aidiyyatı üzrə müraciət etməsi tövsiyə edilib və sənədləşmə işlərinə köməklik olunması üçün müvafiq tapşırıq verilib. Şəhər sakini Qurbanova Zeynəb Kərim qızının, Canalı kənd sakini Səmədova Tərminə Kazım qızının müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |