İcra başçısı mərkəzi xəstəxanada son tamamlanma işləri ilə maraqlanıb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov mərkəzi xəstəxanada görülən son tamamlanma işləri ilə maraqlanıb. 2017-ci ildən başlayaraq 2,6 hektar sahədə tikintisi
davam etdirilən mərkəzi xəstəxana binası tam hazırdır. Belə ki, 145 çarpayılıq
rayon mərkəzi xəstəxanasının 5 korpusu ötən il inşa olunaraq hazır vəziyyətə
gətirilib. Hazırda isə qalan 5 korpusda - Gigiyena və Epidemiologiya Mərkəzi,
təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya, yoluxucu
xəstəliklər şöbələrinin yerləşəcəyi korpuslarda son tamamlanma işləri aparılır.
10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu,
qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış
məntəqəsi inşa edilib ki, onlar da tam hazırdır. Rayon rəhbəri hazır olan korpuslardakı mövcud vəziyyət
və avadanlıqların tam şəkildə yerləşdirilməsi ilə də maraqlanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş