Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazaxda Çaylı və Bala Çaylı kəndlərinin sakinləri ilə görüşüb
Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazax Rayon
İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova ilə birlikdə Çaylı və Bala
Çaylı kəndlərinin sakinləri ilə görüşüb, onların qayğıları ilə
maraqlanıb. Bala Çaylı kəndində keçirilən görüşdə Milli Məclisin deputatı
Ülviyyə Ağayeva çıxış edərək sakinləri salamlayıb, xoş arzularını çatdırıb. Son
illər ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət
nəticəsində respublikamızın bütün bölgələrinin, o cümlədən də Qazaxın
gündən-günə inkişaf etdiyini qeyd edib. Qazaxda aparılan abadlıq və quruculuq
işlərinin şəhər mərkəzi ilə yanaşı bütün kəndlərini də əhatə etməsini yüksək
qiymətləndirib. Ölkə başçısının müstəqil Azərbaycanın inkişafı naminə yürütdüyü
dövlət siyasətinin rayon rəhbərliyi tərəfindən olduğu kimi icra edilməsini bir
vətəndaş olaraq minnətdarlıq hissi ilə qarşıladığını bildirib. Son 3 ildə
Qazaxın simasının köklü surətdə dəyişməsini, rayonda əhalinin maddi rifah
halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları həmin siyasətin
layiqincə yerinə yetirilməsi kimi dəyərləndirib. Ü.Ağayeva seçicilərinin ona
olan etimadını hər zaman layiqincə doğrultmağa çalışdığını da qeyd edib. Onlara
olan diqqətin, qayğının bundan sonra da olduğu kimi davam edəcəyini söyləyib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya
Həsənova çıxış edərək son 3 ildə rayon
rəhbərliyinin diqqət və qayğısı sayəsində Qazaxda görülən işləri, istifadəyə
verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının
inkişaf etdirilməsini, əhalinin maddi rifah halının yaxşılaşdırılmasını,
tikinti-quruculuq işlərinin gündən-günə artmasını ölkəmizdə, eləcə də
bölgələrimizdə olan inkişafın əyani sübutu kimi qiymətləndirib. Müavin "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən görülməsi nəzərdə tutulan işlərdən də
söz açıb.
G.Həsənova Prezident İlham Əliyevin siyasətinin
əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini
bildirib. Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayevanın sakinlərlə
keçirdiyi görüşü, sakinlərin qayğıları ilə maraqlanmasını vətəndaşlara olan qayğının
bariz nümunəsi kimi qeyd edib. Kənd sakinləri bugünkü görüşün dövlətin, ölkə
rəhbərinin vətəndaşına olan qayğısının daha bir əyani sübutu olduğunu qeyd
edərək onlarla görüşə gəldiyinə görə Ülviyyə xanıma minnətdarlıqlarını
bildiriblər. Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə
olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya kənd
sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Səmimi söhbət əsasında keçən
görüşün sonunda xatirə şəkili çəkdirilib.
Facebook-da paylaş