Hesabat ilinin uğurları
Qazax
rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan
Mürsəlov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri,
RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,
şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, sahibkarlar, KİV nümayəndələri
iştirak ediblər. Tədbir
iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri
qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra
qonaqlar Gənclər Mərkəzinin foyesində hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə
Qazax rayonunda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları, eləcə də
rayonda aparılan quruculuq işlərini özündə əks etdirən fotostend nümayiş
olunub. Qeyd
edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni iş yerlərinin
yaradılması ilə bağlı çox ciddi tədbirlər görülüb. İcra başçısı son iki il
yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib
ki, Qazax 2018-ci ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial
obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin
sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər
sahələrdə əldə olunan nailiyyətlərdən də görmək olar. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29
yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin
dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza
atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin
yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək
qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə də genişmiqyaslı
işlərin görüləcəyini diqqətə çatdırıb. Sonra
rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, ƏƏSMN yanında DSMF-nun Qazax
rayon şöbəsinin rəisi Laçın Qurbanov, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin
Babanlı, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov məruzə
ətrafında çıxış edərək hesabat ilində rəhbərlik etdikləri sahələrdə görülmüş
işlərdən söz açıblar. Ölkə başçısının əhalinin maddi rifah halının
yaxşılaşdırılması, bölgələrimizdə təhsil, səhiyyə, mədəniyyət, idman və eləcə
də digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək
qiymətləndiriblər. Kənd
təsərrüfatı üzrə sahibkar Nüsrət Aşurov çıxış edərək ölkə başçısı İlham Əliyev
tərəfindən kənd təsərrüfatı sahəsinə, sahibkarlara göstərilən diqqət və
qayğıdan danışıb. Bildirib ki, bu gün dövlətin sahibkarlara, iş adamlarına
verdiyi dəstək sayəsində bölgələrimizdə kənd təsərrüfatı ildən-ilə inkişaf
edir. Hesabat
yığıncağında çıxış edən şəhid ailələrindən - Milli Qəhrəman atası Hüseyn
Musayev, şəhid anası Tamella Süleymanova, şəhidin həyat yoldaşı Kifayət
Mustafayeva çıxış edərək şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən
diqqət və qayğıdan söz açıblar. Qeyd ediblər ki, ölkə başçımız həmişə olduğu
kimi yenə də öz humanistliyini bir daha göstərdi və şəhidlərimizin ailə üzvlərinə
veriləcək birdəfəlik müavinət hər kəsə şamil olundu. Bundan əlavə, ölkə
başçımız tərəfindən imzalanan Sərəncam və Fərmanlar bir daha onu göstərdi ki,
dövlətimiz, dövlət başçımız şəhidlərimizə hər zaman yüksək qiymət verir. Buna
görə də biz şəhid ailələri bizlərə verilən bu yüksək dəyərə, ən əsası da
şəhidlərimizə olan sonsuz hörmət və ehtirama görə Respublika Prezidenti İlham
Əliyevə bütün şəhid ailələri adından dərin minnətdarlığımızı bildiririk. Məzəm
kənd sakini Süleyman Süleymanov, Çaylı kənd sakini Qəzənfər Qocayev, Yuxarı
Salahlı kənd sakini Abdulla Məmmədov, ağsaqqallardan – Cəfərli kənd sakini
Sabir Vəliyev, Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, şəhər
sakinlərindən - M.Hüseyn adına məktəb-liseyin direktor müavini Rəhim Muradov və
başqaları çıxış edərək 2018-ci ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq
işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər. Şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə, sərhəddə
yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya görə Respublika
Prezidenti İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırıblar. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov hesabat
yığıncağında çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında
respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qazax rayonunda
uğurla həyata keçirildiyini qeyd edib. Bildirib ki, bu gün rayonun inkişaf
etdiyini hesabat məruzəsində əksini tapan statistik rəqəmlərdən, qazanılan uğur
və nailiyyətlərdən, əldə olunan göstəricilərdən aydın şəkildə gördük. Bütün
bunlar isə rayon rəhbərliyi tərəfindən Respublika Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinin yerlərdə necə icra olunmasının bariz nümunəsidir. Bu
gün Azərbaycan brendi olan və bütün dünyada tanınan "ASAN xidmət"
mərkəzlərində vətəndaşlar üçün hər cür şərait yaradıldığını qeyd edən natiq belə
mərkəzlərin sayının bundan sonra da artırılacağını bildirib. Hesabat
yığıncağında rayonun sosial-iqtisadi inkişafında fəal iştirak etdiklərinə və
əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə 9
nəfər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Sonda
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edildi. Vəli VƏLİYEV, "Respublika"
qəzeti 16
fevral 2019-cu ilRespublika mətbuatı Qazax haqqında
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə
açıb. İcra başçısı 2018-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran
vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış edərək ölkəmizdə,
eləcə də Qazax rayonunda 2018-ci ildə qazanılmış uğur və nailiyyətlərdən,
görülmüş tikinti-quruculuq işlərindən söz açıb. Görülən işlər barədə ətraflı
məlumat verərək qeyd edib ki, hesabat ilində bütün sahələr üzrə uğurlu
nəticələr əldə olunmuşdur.
Facebook-da paylaş