Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Respublika mətbuatı Qazax haqqında
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovla ilk söhbətimiz sərhəd kəndlərində yaşayan sakinlərin qış qayğıları ilə bağlı oldu.
İcra başçısı dedi ki, təmas xəttində olan kəndlər daim diqqət mərkəzində saxlanılır.
Ayda bir neçə dəfə həmin kəndlərdə olur, əhalinin arzu və istəkləri ilə maraqlanırıq.
Qaldırılan bütün məsələlər təcili olaraq bir neçə gün müddətində öz həllini tapır. Xüsusilə dörd erməni kəndi əhatəsində yerləşən Məzəm və Quşçu Ayrım kəndləri diqqət mərkəzində saxlanılır.
Azərbaycan Ordusunun aprel döyüşlərindəki uğurlarından sonra erməni mövqelərində bir qədər sakitlik də yaranıb.
Düşmən atəş açanda dərhal cavab atəşi ilə susdurulur. Hazırda həmin kəndlərin sakinləri gündəlik məişət qayğıları ilə yaşayırlar.
Bir sözlə, təmas xəttində olan kəndlərimizin heç birində gərginlik yaşanmır.
İcra başçısı ən gərgin nöqtədə yerləşən Məzəm və Quşçu Ayrım kəndlərinə birlikdə getməyi təklif etdi.
Əvvəlcə Məzəm kəndinə baş çəkdik. Rayon mərkəzindən təxminən 20 kilometrədək aralıda yerləşən kəndin yolu çox rahat idi. Soyuqların tez düşməsinə baxmayaraq, hər tərəf göz oxşayan yaşıllıqlarla əhatə olunmuşdu.
362 nəfər əhalisi olan Məzəm kəndində 110 təsərrüfat var.
Kənd icra nümayəndəsinin müavini Hafiz Məmmədov dedi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Təmas xəttində olduğu üçün kənddə torpaq islahatları müvəqqəti olaraq aparılmayıb. Lakin sakinlər 25 hektara yaxın sahədə taxıl əkirlər. Dəmyə şəraitində yetişdirilən taxıl onların həm özlərini, həm də mal-qarasını təmin edir.
Bu il hər hektardan 30 sentner məhsul götürülüb. Bu da əhalinin təminatı üçün yetərlidir. Qaz, su və elektrik enerjisi ilə tam təmin olunan bu kənddə məktəb, mədəniyyət evi, feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Kəndin girəcəyində yanmış bir ev də diqqətimizi cəlb etdi. Dedilər ki, 80 yaşlı Əsli Nəsibovanındır. Ermənilərin atdıqları güllə nəticəsində 2015-ci ildə yanıb yararsız hala düşüb. Yanmış evin yanında yeni evin tikintisinə başlanılıb.
Evin sahibi Əsli Nəsibova ilə də görüşüb söhbət etdik. Dünya görmüş ağbirçəyin ilk sözü bu oldu ki, ermənilərdən qətiyyən qorxmurlar. Sağ olsun dövlətimizin başçısı və Azərbaycan Ordusu. Son vaxtlar demək olar ki, güllə səsi kəsilib. İki oğlum, 5 qızım var. Hamısı kəndimizdə yaşayır. Nəvələrim güllə səsi çox eşitsələr də,
Vətən məhəbbəti, torpaq sevgisi ilə böyüyürlər. Dolanışığımız pis deyil. Əkib becəririk. Yetişdirdiyimiz məhsulların bir hissəsini rayon mərkəzində satmaqla ehtiyaclarımızı ödəyirik. Sağ olsun Prezident, kəndimizə gözəl yol çəkdirib.
Rayon icra hakimiyyətinin rəhbərləri də tez-tez bizə baş çəkirlər. Dolanışığımızla maraqlanır, problemlərimizi həll edirlər.
Rayon icra hakimiyyətinin başçısının kənd sakinləri ilə keçirdiyi görüşdə də iştirak etdik. Çıxış edən kənd sakinləri onlara göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlıq etdilər.
Nə kənd üçün, nə də sakinlər üçün heç bir təhlükənin olmadığını söyləyən Bəkir Yusibov bu yaxınlarda oğlu Nurəddini evləndirdiyini də bildirdi.
Dedi ki, qara zurnanın səsi Məzəmlə üz-üzə dayanmış erməni kəndlərində də eşidilirdi. Rayon rəhbərliyinin də toy mərasimində iştirak etməsi kənd sakinləri arasında ruh yüksəkliyi yaratdı.
Rayon icra hakimiyyətinin başçısı dedi ki, kənd əhalisi bu yaxınlarda erməni mövqelərinə yaxın olan evlərin pəncərələrinin hörülməsi ilə bağlı müraciət etmişdi.
Vəziyyətlə tanış olduq. Evlərin qaranlıq zirzəmiyə çevrilməməsi üçün istinad divarı çəkilməsini qərara aldıq. Qısa vaxt ərzində 800 metr uzunluğunda istinad divarı çəkildi.
İ
ndi demək olar ki, kənd əhalisi tam təhlükəsizdir.
Kənd sakini Mikayıl Osmanovun 4 övladı var. 14 il hərbi xidmətdə olub. Dəfələrlə yaralanıb. II qrup Qarabağ müharibəsi əlili kimi tərxis edilib. İki oğlu hərbçidir. Mikayıl Osmanov xahiş etdi ki, onun minnətdarlığını ölkə başçısına çatdırsınlar. Evi təmas nöqtəsində olduğundan tez-tez ermənilər tərəfindən gülləyə tutulurdu.
Vəziyyətlə maraqlanan dövlət qurumları onun evinin qarşısında 30 metr uzunluğunda istinad divarı inşa etdirdilər. İndi ailə üzvləri həyət-bacada rahat gəzə bilirlər.
Möhübbət Qasımov da kəndin sayılıb-seçilən sakinlərindəndir. İki övladı var. Keçən il oğlu Sahibi evləndirib. Özü də bu kənddə.
Toy başlanan kimi ermənilər kəndi güllə yağışına tutdular. Azərbaycan Ordusunun əsgərləri cavab atəşi ilə onları susdurdular.
Dağlıq Qarabağ müharibəsi başlayandan Qazaxın Məzəm kəndi 8 şəhid verib. Ruhlarına hörmət əlaməti olaraq tez-tez kənd qəbiristanlığında onların məzarları ziyarət edilir, məktəbin pedaqoji kollektivi burada andiçmə mərasimləri keçirir.
Düşmənlə təmas xəttində yerləşən Quşçu Ayrım kəndində də olduq.
Son illər göstərilən qayğı kənd sakinləri arasında razılıqla qarşılanıb. Kəndə gedən əsas yoldan başqa 10 kilometrədək kəndarası yollar qaydaya salınıb.
İşıq, su və mavi yanacaq problemi həll edilib. Evlərin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 5 yeni elektrik transformatoru quraşdırılıb.
Rayon icra hakimiyyətinin başçısı ilə keçirilən görüşdə bir neçə məsələnin həlli ilə bağlı xahişlər də oldu.
Sakinlər dedilər ki, payız aylarında ağacların yarpaqlarının tökülməsi nəticəsində kənd evləri və insanlar düşmən mövqelərindən daha aydın görünür.
Odur ki, düşmən mövqeləri ilə üzbəüz olan evlərin pəncərələrinin hörülməsi ilə bağlı xahiş etdilər.
Son vaxtlar kənddə su probleminin yaşandığı da diqqətə çatdırıldı.
Rayon icra hakimiyyətinin başçısı pəncərələrin hörülməsi üçün aidiyyəti qurumlara tapşırıq verdi.
Kəndin su probleminin aradan qaldırılması məqsədilə üç gün müddətinə tədbirlər görüləcəyi bildirildi.
Hər iki kənddə keçirilən görüşdə sakinlərə məlumat verildi ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna bütün səfərlərində, eləcə də bu ilin oktyabr ayının 19-da etdiyi səfər zamanı da sərhəd kəndlərinin vəziyyəti ilə maraqlanmış, bu kəndlərin əhalisinə hər cür dəstək göstərilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri bütün bunlara görə dövlət başçısına minnətdarlıqlarını bildirərək mənzil-məişət və həyat şəraitlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdilər.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti
20 Dekabr 2016-cı il
Facebook-da paylaş