• Təqvim

  • Unutma

  • Maraq



Xəstəxana binasının tikintisində əsas işlər görülüb

Xəstəxana binasının tikintisində əsas işlər görülüb
Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisi sürətlə davam edir. 10 korpusdan ibarət olacaq binada qısa müddət ərzində görülən işlər bunu aydın şəkildə göstərir. 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binasında əsas işlər demək olar ki, başa çatıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti başlanan ilk gündən mütəmadi olaraq tikinti meydançasına gəlib, görülən işlərlə maraqlanıb. Rayon rəhbərliyi bu gün yenə də xəstəxana binasına baş çəkib.

Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib.

İş icraçısı qeyd edib ki, binanın daxilində bütün əsas işlər demək olar ki, başa çatdırılıb. Bununla yanaşı, binanın çöl hissəsində də tikinti işləri görülür. Əsas korpusda üzləmə işləri gedir. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulub. Eyni zamanda, binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib.

Nəzarət-buraxılış məntəqəsi hazır vəziyyətdədir. Sanitar qovşaqlarında kafel və metlax vurulması da başa çatıb.

İş icraçısı bildirib ki, hazırda xəstəxana binasının xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür.

İcra Başçısı inşaat işləri ilə ətraflı tanışlıqdan sonra tikintinin daha da sürətləndirilməsini tapşırıb.

Elçin İSMAYIL

Xəstəxana binasının tikintisində əsas işlər görülüb
Xəstəxana binasının tikintisində əsas işlər görülüb
Xəstəxana binasının tikintisində əsas işlər görülüb
Xəstəxana binasının tikintisində əsas işlər görülüb
Xəstəxana binasının tikintisində əsas işlər görülüb
Xəstəxana binasının tikintisində əsas işlər görülüb


Facebook-da paylaş