• Təqvim

  • Unutma

  • Maraq



Mərkəzi Xəstəxana binasının tikintisi sürətlə davam edir

Mərkəzi Xəstəxana binasının tikintisi sürətlə davam edir
Qazax rayonunda inşa edilən rayon Mərkəzi Xəstəxanasının tikintisinə ilk gündən sürətlə başlanılıb. 10 korpusdan ibarət olacaq binada qısa müddət ərzində görülən işlər buna əyani sübutdur. 145 çarpayılıq Mərkəzi Xəstəxana tikintisi başa çatdıqdan sonra bölgənin ən müasir səhiyyə müəssisələrindən biri olacaqdır. 2,6 hektar sahədə inşa olunan xəstəxana binasında əsas işlər demək olar ki, başa çatıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev yeni səhiyyə ocağının tikintisi ilə tanış olmaq üçün tikinti meydançasına gələrək görülən işlərlə maraqlanıb.
Mərkəzi Xəstəxana binasının tikintisi sürətlə davam edir
Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, hal-hazırda 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib.

Məlumat verilib ki, binanın daxilində vaxt tələb edən bütün ağır işlər demək olar ki, başa çatdırılıb. Binanın daxili hissəsi ilə yanaşı, çöl hissəsində də tikinti işləri görülür. Əsas korpusda üzləmə işləri görülür. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulubdur. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün isə bina tikilir.

Nəzarət-buraxılış məntəqəsi isə tam hazırdır. Sanitar qovşaqlarında kafel və metlax vurulması da başa çatıb.

İş icraçısı bildirib ki, hazırda xəstəxana binasının xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür.

İnşaat işləri ilə ətraflı tanışlıqdan sonra tikintinin sürətləndirilməsi tapşırılıb.

Mərkəzi Xəstəxana binasının tikintisi sürətlə davam edir
GOYEZEN.AZ


Facebook-da paylaş