Vətəndaş məktubundan: “Cənab Prezident, Siz uzaqgörən siyasətçi, güclü Komandan və Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız”
Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Mən, Birinci Qarabağ müharibəsi qazisi və tibb işçisi kimi fəxr edirəm ki, bu gün Azərbaycanın güclü ordusu, müasir tələblərə cavab verən səhiyyəsi və Sizin kimi uzaqgörən, qüdrətli rəhbəri var. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış dərin ictimai-siyasi böhranın və vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Məhz bu səbəbdən xalqımız Ulu Öndərimiz daim Heydər Əliyevi böyük hörmət və ehtiram hissi ilə anır. Siz uzaqgörən siyasətçisiniz, güclü Komandan, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız. Hər sahəyə olduğu kimi, səhiyyə sahəsinə də göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizi, Xalqımızı, Dövlətimizi qorusun! Hörmətlə, Carçıyev Mehman Davud oğlu, Qarabağ müharibəsi qazisi. Azərbaycan Respublikası, Qazax rayonu https://president.az/az/articles/view/72725
Mehman Carçıyevdən,
Cənab Prezident, Azərbaycan regionda eləcə də dünyada güclü Dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq mühüm tədbirlərə ev sahibliyi edir. Dövlətimiz iqtisadi və siyasi cəhətdən qüdrətlənir, bölgələrimiz günü-gündən abadlaşır. Bütün bunlar Sizin zəhmətinizin nəticəsidir.
Facebook-da paylaş














